Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk görüşündə "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkəcək. Hazırda "qırmızı-qaralar" 24 xalla 5-ci, Tovuz təmsilçisi isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
"Qəbələ" indiyədək ölkə çempionatında "Turan Tovuz"la cəmi bir dəfə üz-üzə gəlib. Həmin qarşılaşma Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə 47 xalla lider olan "Qarabağ" 10 xalla sonuncu sırada yer alan "Səbail"in qonağı olacaq.
İki komanda bunadək Premyer Liqada 20 dəfə qarşılaşıb. Bunların 16-da Ağdam klubu, ikisində isə Bakı təmsilçisi sevinib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 41:8.
"Qarabağ" son üç oyunda qələbə qazanıb. Son beş matçda üç və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr (şənbə)
15:00. "Qəbələ"-"Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu.
17:30. "Səbail"-"Qarabağ"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASCO Arena".
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" isə səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 981 Tarix: 24 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyl uzun müddət futboldan kənar qalacaq
Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx
14 sentyabr 2021Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI
Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin
12 sentyabr 2021İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR
İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05
4 sentyabr 2021Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18 sentyabr 2021Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18 sentyabr 2021Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı
4 sentyabr 2021