Rusiya geri çəkilir? - "Putin bu zərbəyə asanlıqla tab gətirməyəcək"
"Rusiya Prezidenti Vladimir Putin hərbi qüvvələrini Ukraynadan çıxarmayacaq".
Bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.
Jurnalist hazırda belə bir gedişatın əlamətlərinin görünmədiyini söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Xersonun Ukrayna tərəfindən geri alınmasına təpkisi onu təəccübləndirib.
"Əminliklə deyə bilərəm ki, Putin qoşunların Ukrayna ərazisindən çıxarılmasına göstəriş verməyəcək, ən azı mən belə bir ehtimal görmürəm. Mənim üçün kifayət qədər təəccüblü məqam budur ki, Rusiyanın ictimai məkanı, televiziyası və hakimiyyəti Xersonun əldən çıxmasına praktiki olaraq reaksiya vermədi. Düşünürdüm ki, bu, olduqca güclü zərbə olacaq. Amma Rusiya televiziyası və hakimiyyəti bu zərbəyə çox asanlıqla sinə gərdi", - Yakovenko vurğulayıb.
Onun fikrincə, indi əsas məsələ Krımın itirilməsinin hansı səviyyədə ciddi zərbə olacağı ilə bağlıdır. Çünki yarımada Rusiya üçün böyük önəm kəsb edir.
"Düşünürəm ki, Putin rejimi bu zərbəyə o qədər də asanlıqla tab gətirə bilməyəcək, çünki Krım tamamilə simvolik hadisədir. Yəqin ki, rejim Krımın itirilməsini Xersonda olduğu kimi asanlıqla uda bilməyəcək", - jurnalist deyib./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2560 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl
12 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulHərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər
15 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulRusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - VİDEO
İyulun 16-da gecə saatlarında Rusiya ordusu Kiyev şəhərinə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, paytaxtı
16 iyulABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?
Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir. Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütl
16 iyulYerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər
13 iyulÇin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13 iyul