Dövlətdən mənzil almaq istəyənlərin nəzərinə! - 10 gün müddətində... - RƏSMİ

Dövlətdən mənzil almaq istəyənlərin nəzərinə! - 10 gün müddətində... - RƏSMİƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Sonxeber.az nazirliyə istinadən xəbər verir ki, satış Nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək.

Portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur.

Mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Bu mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq mənzillərlə tanış ola bilər.

Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq.

Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Mənzili seçən şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1905   Tarix: 26 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. "Report"a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərar

3 mart
.

Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensi

3 mart
.

Ağamirzənin "müəllim" dediyi meyxanaçı QALİB OLDU - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ¼ mərhələnin növbəti iştirakçısı məlum olub. xəbər verir ki, bu dəfə 1/8 mərhələdə meyxanaçılar Pərviz Həşimovla Tərlan Xəlilov üz-üzə gəlib. Gərgin keçən bu yarışda Tərlan həmkarı Pərvizi üstələyərək ¼ mərhələyə yüksəlib. Yarışmaya qonaq qismində qatıla

3 mart
.

İranın yeni müdafiə naziri o oldu

General Məcid ibn əl-Rza İranın yeni müdafiə naziri təyin edilib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb. Xatırladaq ki, ölkənin müdafiə naziri Əmir Nasirzadə İsrailin fevralın 28-də həyata keçirdiyi hərbi əməliyyatla

2 mart
.

İranın müvəqqəti müdafiə naziri öldürülüb

İsrailin "Channel 12" kanalı İranın müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti həyata keçirən Məcid bin əl-Rzanın öldürüldüyü ilə bağlı məlumat yayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd edək ki, general Məcid bin əl-Rza ötən gün İranın müdafiə nazirinin vəzifələrini müvəqqət

3 mart
.

"Piylənmənin əsas səbəblərindən biri də stressdir" - PSİXOLOQ

Son illər həm uşaqlar, həm də böyüklər arasında piylənmə halları sürətlə artır. Mütəxəssislər bildirirlər ki, artıq çəki problemi təkcə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi ilə bağlı deyil, eyni zamanda psixoloji faktorlar da bu prosesdə mühüm rol oynayır. Stress, emosional gərginlik və ailədaxil

2 mart
.

ABŞ-nin və NATO-nun hərbi obyektlərini izləyən azərbaycanlı saxlanılıb

Krit adasında yerləşən NATO bazasını və ABŞ-nin "Gerald R.Ford" aviadaşıyıcısını izləyən Gürcüstan vətəndaşı saxlanılıb. xəbər verir ki, bu barədə yunan KİV-i məlumat yayıb. Yunanıstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan Gürcüstan vətəndaşının Azərbaycan əsilli olması bildirilir

3 mart
.

İlin ilk Ay tutulması BAŞLADI

2026-cı ilin ilk Ay tutulması hadisəsi başlayıb. xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək: "Tutulmanın maksimumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır v

3 mart
.

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib. -a daxil olan məlumata görə, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub. Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində

3 mart