Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib
Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb.
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrumetmə cəzası dəyişdirilməyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və səkkiz aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1092 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR
Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşları
3 mayÜç gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə
3 maySabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko
4 mayAzərbaycanlı tələbə Türkiyədə qəzada öldü
Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu dünyasını dəyişib. -a istinadən xəbər verir ki, gənc tələbə Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib
4 mayBakıda hava KƏSKİN DƏYİŞİR: Temperatur enəcək, GÜCLÜ KÜLƏK XƏBƏRDARLIĞI!
Azərbaycanda may ayının ilk günləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə diqqət çəkir. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində temperatur dalğalanmaları və güclü külək gözlənilir. Bu gün Bakıda havanın temperatur
2 mayHava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI
Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytax
2 mayMetro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK
May ayında Ümumdünya Şəhərsalma Forumu ərəfəsində paytaxtda nəqliyyat sahəsində rəqəmsal yeniliklər davam edir. Silsilə tədbirlər çərçivəsində artıq həm marşrut avtobuslarında, həm də metropolitendə xarici bank kartları ilə ödəniş imkanı yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-y
2 mayƏhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. xəbər verir ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadı
3 may