"Bu gün hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq azərbaycanlı olmsası ilə qürur duyur" - Cavanşir Paşazadə
"Son iki ildir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-nə qədər qeyd etdiyimiz bütün bayramlar Qarabağ həsrəti bizi tam sevinməyə və bayram abu-havasını duymağa imkan vermirdi:
"30 il ərzində tək arzumuz keçirdiyimiz bayramları Qarabağda qeyd etmək idi. Artıq iki ildir ki, bu arzumuzu reallaşıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq həsrətində olduğumuz torpaqlarımıza bizi qovuşdurdu. Bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir vətəndaşımız azərbaycanlı olması və cənab prezident İlham Əliyev kimi liderə sahib olduğu üçün böyük qürur hissi keçirir".
Deputat vurğulayıb ki, Azərbaycan xalqı bütün çətinliklərin öhtəsindən birlik və həmrəy olaraq gəlib:
"Elə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də təsadüfi deyildir. Belə ki, ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi və soydaşlarımıza qarşı müxtəlif vəhşiliklər, soyqırımlar törətməsi və xalqımızın həmrəy olaraq bu barbarlığa yox deməsi "Meydan hərəkatı"nın əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-da Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə və birliyinə ehtiyac yarandı. Təbii ki, yaranmış çətinlikdən çıxmaq üçün harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həmrəyliyinə ehtiyac yarandı. Baş verən bütün bu hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu və tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 31 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında siyasi və mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb. Artıq bu gün 31 dekabr hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür".
Deputat söyləyib ki, Həmrəylik günü Azərbaycan diasporu üçün də ən mühüm bayrama çevrilib:
"Çünki bu bayram müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın əlaqələr qurmasına və onlar arasında birliyin yaradılmasında xüsusi rol oynayır. Məhz buna görə də 44 günlük Vətən müharibəsində vəzifəsindən, siyasi əqidəsindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız birlik və həmrəylik nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrikliyi, hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında sıx birləşdirərək tarixi zəfəri bizə qazandırdı. Bu gün harda yaşamasında asılı olmayaraq hər bir soydaşımız azərbaycanlı olmağından qürur duyur və bunu böyük fəxrlə dilə gətirir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Meteor yağışı olacaq