Şəhid ailələrinə yeni güzəştlər veriləcək

Şəhid ailələrinə yeni güzəştlər veriləcək2023-cü il üçün Vergi Məcəlləsində ediləcək bəzi dəyişikliklərdə şəhid ailələrinə gəlir vergisi üzrə bir sıra güzəştlər tətbiq olunacaq.

Bu barədə Modern.az-a Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı güzəştlər veriləcək.

Bildirilib ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər formada zərərçəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda öz canından keçmiş şəxslərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Belə ki, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, habelə onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və digər sosial tədbirlər həyata keçirilir. Bu siyasətin davamı olaraq şəhid ailələrinə dövlət qayğısının daha artırılması, onların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, bu kateqoriyadan olan şəxslərin aylıq gəlirlərinin 800 manat olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1110   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

14 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirva

14 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənət ənənəsi müasir dövrdə necə qorunmalıdır?

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan zəngin bir xəzinədir. Bu xəzinənin ən seçilən nümunələrindən biri olan kəlağayı isə sadəcə qadın baş örtüyü deyil, milli kimliyin, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir

13 oktyabr
.

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat

13 oktyabr
.

Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsində

13 oktyabr
.

İtkin hərbçiləri axtararkən şəhid olan İlkinin anası vəfat etdi

Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib. O, ötən gün doğma kəndində dəfn edilib. Qeyd edək ki, İlkin Bayramov Vətə

13 oktyabr
.

Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video

Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo

13 oktyabr