Xristian dindarlardan Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT

Xristian dindarlardan Laçın yolundakı aksiya ilə bağlı BƏYANATAzərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri bəyanat yayıblar.

Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:

"Biz, Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icmalarının rəsmiləri, rəhbərlik etdiyimiz icmaların azad iradəsini ifadə edərək, postmüharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistanın siyasi və dini rəhbərliyinin beynəlxalq ictimai fikri çaşdırmaq, yanlış istiqamətdə yönləndirmək məqsədilə apardığı təbliğat kampaniyasına qəti şəkildə etiraz edirik.

Bildiririk ki, ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ziyalıların, gənclərin, ekoloqların, jurnalistlərin və könüllülərin iştirakı ilə "Ekoloji terrora son!" şüarı ilə təşkil olunan dinc aksiya Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilir. Bu mənada Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə başqa bir ölkənin sərhədləri daxilində təşkil olunmuş aksiyaya görə etiraz məktubları, bəyanatları göndərməsi, ümumiyyətlə hər hansı münasibət bildirməsi absurddur. Təbəddülatlarla dolu keçən son 30 ildə dünyanın müxtəlif ölkələri tərəfindən aparılan elmi araşdırmalar, təhlillər bəşəriyyətin tezliklə böyük ekoloji böhranla qarşılaşacağına dair SOS siqnalı verməkdə ikən bir qrup azərbaycanlının öz dədə-baba torpaqlarında "ekoloji terrora yox!" deməsinə dəstək verilməsi lazım olduğu halda biz yenə ölkəmizə qarşı ikili standartın tətbiq olunduğunu görür və bundan dərin təəssüf hissi keçiririk.

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin, vandallıq və ekoloji terrorun nəticələri haqqında Azərbaycan tərəfinin dünya ictimaiyyətini dəfələrlə məlumatlandırmasına baxmayaraq, indiyədək təcavüzkar ölkəyə qarşı nə bir sanksiya tətbiq edilib, nə də hər hansı tədbir görülüb. Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Azərbaycan dövlətinin ortaya çıxardığı faktlar tükürpədicidir, ermənilərin təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarının bariz sübutudur.

İşğal dövründə ölkəmizin flora və faunasına ciddi zərər vurulub, hektarlarla torpaq və meşə zolaqları yandırılıb, su hövzələri zəhərlənib, şəhər və kəndlərimiz yerlə yeksan edilib, basdırılmış saysız-hesabsız minalar ucbatından insanlarımızın doğma torpaqlarına qayıdışı ləngiyir, müharibədən sonra yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanına çevrilib. İşğal illərində məscidlər, məbədlər, qəbiristanlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb, talan olunub, alban kilsələri və pravoslav kilsələri dağıdılıb və ya qriqoryanlaşdırılıb. Ancaq nədənsə özünü dünyanın jandarmı kimi aparan ölkələr, beynəlxalq təşkilatlar bunları görmür, azərbaycanlıların təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən dinc xarakterli aksiyasına "humanitar böhran" yarlığı vururlar. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının humanitar problemlərini, müraciətlərini operativ şəkildə həll etməyə hazırdır və hətta bunun üçün "qaynar xətt" də yaradılıb.

Digər tərəfdən, aksiya keçirilən yerdən günlərdir çəkilən videokadrlardan da aydın görünür ki, aksiyaçılar humanitar yük daşıyan və təcili tibbi yardım maşınlarının sərbəst hərəkət edə bilmələri üçün hər hansı maneə törətmir, əksinə, lazımi şərait yaradırlar. Bütün bunlar Azərbaycan xalqının geninə hopmuş humanizmin, sülhpərvərliyin, dövlət rəhbərliyinin sülhsevər siyasətinin göstəricisi olduğu halda, erməni kilsəsinin guya sözügedən aksiyanın Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu dünyaya car çəkməsi riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyildir. Azərbaycan dövlətinin öz ərazisindəki Laçın yolu ilə bağlı mövqeyi birmənalıdır və dəfələrlə dilə gətirilib: bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, yalnız mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

Biz, Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icmalarının rəhbərləri, bu bəyanatımızla dünya birliyini, beynəlxalq təşkilatları, nəhayət, ikili standartlardan əl çəkərək həqiqəti görməyə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağa, onun suveren ərazisində separatizmə dəstək verməyə deyil, son qoyulmasına yardımçı olmağa, Uca Tanrının hamımıza bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq!"

Bəyanatı aşağıdakı dini rəhbərlər imzalayıb:

Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının sədri Rasim Xəlilov

"Vineyard Azərbaycan" xristian dini icmasının sədri Emil Pənahov

Bakı şəhəri "Alov" xristian dini icmasının sədri İdris Məmmədov

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmasının sədri Samir Sadıqov

Bakı şəhəri Nəsimi rayonu "Həyatverici Lütf" xristian dini icmasının sədri Elşən Hüseynzadə

Bakı şəhəri "Molokan ruhani-xristian" dini icmasının sədri Valeriy Katkov

Bakı şəhəri Nərimanov rayounu "Yeddinci günün adventistləri" dini icmasının sədri Mahir Verdiyev

Bakı şəhəri "Yeni Apostol" xristian dini icmasının sədri Svetlana Stepanova

Xilaskar Yevangelik-Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova

"Yeni Həyat" Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova

"Həyat Sözü" dini icmasının sədri Yusif Fərhadov

"Şərqdə Ulduz" Xristian İncil dini icmasının sədri Roman Jmurov.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 30 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021