"Mənə dedi, Qurban müəllim, xahiş edirəm, bircə dəfə çempion olun"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubdakı 14 illik fəaliyyəti barədə danışıb.
O, Qol.az saytına verdiyi geniş müsahibədə Ağdam təmsilçisinə gəldiyi ilk gündən sonrakı fəaliyyətinə toxunub. Q.Qurbanov deyib:
"O vaxt (2008-ci il - red.) çempionatımızın səviyyəsi çox yaxşı idi. 4-5, bəlkə də 7 il yerli liqamız yaxşı bir səviyyədə oldu. Klublar çox bərk, imkanlı idilər Bunu qoruyub-saxlaya bilmədik. Ümumiyyətlə, mən öz-özlüyümdə fikirləşsəydim ki, Qurban Qurbanov olaraq "Qarabağ"a gələndə Çempionlar Liqasının qrupunda oynayacağam, davamlı çempion olacağıq, daim Avropa Liqasının, Konfrans Liqasının qrupunda mübarizə aparacağıq, pley-offa çıxacağıq, mənim üçün reallıq olmazdı. Amma get-gedə işləyə-işləyə, addım-addım irəlilədik. Allaha şükürlər olsun, sonda belə uğurlar oldu".
Q.Qurbanov bildirib ki, bir azərbaycanlı kimi qazandığı nəticələrdən, klubun qurduğu iş prinsipindən razıdır: "Həqiqətən də bu nəticələrə çatmaq arzu kimi idi. Hətta mən həmişə deyirəm ki, "Qarabağ"da 2-3-cü illərim idi, yerli çempionatda yaxşı bir oyun oynamışdıq, qalib gəlmişdik. Ağdamdan olan bir azarkeş vardı. Birbaşa meydançaya daxil olmuşdu. Təsəvvür edin, hətta deyirdi ki, Qurban müəllim, xahiş edirəm, bircə dəfə çempion olun, başqa heç nə istəmirik. Bu, mənim üçün çox təsiredici bir məqam idi. Biz çempion olduq, sonra yenə çempion olduq, ard-arda qruplara düşdük. Mən nəyi deyirəm? Bəlkə də fikirləşsəydim ki, mənim karyeramda 5 ildə 2 dəfə çempion olsam, 2 dəfə avrokubokların qrup mərhələsində oynasam, onsuz da bu, uğurlu nəticə sayılardı. Amma Allah elə etdi ki, davamlı olaraq çempionluq qazandıq, qrup mərhələlərində oynadıq, Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq. O böyük klubların Azərbaycana gəlməsi, o təcrübə, Azərbaycanın azarkeşlərinin bu komandaları, böyük futbolun nə olduğunu görməsi mənim üçün çox böyük bir uğurdur. O gün də ilin məşqçisi seçiləndə sual verdilər ki, bəs, nəyə çatmısınız, nəyi istərdiniz, hansı arzunuz var? Mən də söylədim ki, bu gün arzuma çatmışam. Çox istəyirdim ki, mən bu komandada olanda Qarabağ işğaldan azad edilsin. Bu arzuma da çatmışam. Allaha şükürlər olsun. Bundan sonra Çempionlar Liqasının qalibi olsam belə, bu uğur heç vaxt həmin arzumu üstələyə bilməzdi".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1734 Tarix: 01 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyl uzun müddət futboldan kənar qalacaq
Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx
14 sentyabr 2021Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI
Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin
12 sentyabr 2021İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR
İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05
4 sentyabr 2021Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18 sentyabr 2021Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18 sentyabr 2021Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı
4 sentyabr 2021