Politoloqun 2023 proqnozu: Qarabağda əməliyyat…
2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik bu il də azalmayacaq.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, sülh sazişinin imzalanması ehtimalı bu il də yüksək deyil, ancaq Qarabağda erməni separatçılara qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür.
Politoloq Rusiya ilə Ukrayna arasında müharibənin də davam edəcəyini ehtimal edir:
"Qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cümhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarətə götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır..."/Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1640 Tarix: 01 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabr