Vətən müharibəsi qazisindən icraya cavab: "Deyirsiniz ki, "Evinizdə olmuşam", sən mənim evimi tanıyırsan?"
Sabirabadda Vətən müharibəsi qazisi icra nümayəndələri ilə görüşdə icra başçısının qazi və şəhid ailələrinə biganə münasibətindən gileylənib.
Oxu.Az xəbər verir ki, iki ildir əlil arabasına məhkum qalan qazi sağlamlığına qovuşmaq istədiyini, lakin ötən dövr ərzində müalicəsinə diqqət göstərilmədiyini bildirib.
"Əziz şəhid anaları, qazilər, burada kim haqqı deyir? Mən deyirəm. Siz də susub baxırsınız. İcra başçısı: "Evinizdə olmuşam", - deyir. Siz mənim evimi tanıyırsınız? Vəziyyətimlə bağlı müraciət etmək istəyirəm, nə köməkçini, nə başçını yerində tapa bilirəm. Mənə hələ də: "Sənə kömək edəcəyik", - deyirlər".
Qazi onu müalicə üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdiklərini, lakin heç bir effekt vermədiyini, xəstəxanaların onu müalicə etmədiyini diqqətə çatdırıb:
"Respublikanski" xəstəxanasına, sonra da "Semaşko"ya göndərdilər, amma hər ikisindən müalicəmə onların baxmadığı deyildi. Məni niyə müalicə etdirmirlər? Mənə ev də, torpaq da, maşın da vermisiniz, maaşımı da alıram, amma mənim azadlığımı qaytara bilməzsiniz. Evinizi də, torpağınızı da, maaşınızı da geri qaytarıram, amma məni ayağa qaldırın. Hansı biriniz qaldırırsınız? İki ilim gedib. İki ilə bir balaca uşaq yeriyir, hansı biriniz mənim iki ilimi qaytara bilərsiniz? Mən sizə probleməm?"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı