Azərbaycanda referendum olacaq? - Yeni ildən GÖZLƏNTİLƏR + FOTO
Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər gücləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.
Digər maraq doğuran məsələ isə referendumla bərabər parlament seçkilərinin və ya parlament idarəetmə üsuluna keçidin həyata keçiriləcəyi barədə fikirlərin səsləndirilməsidir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclis deputatı Kamran Bayramov bildirib ki, referendumun keçirilməsi haqqında kimlərinsə dəqiq məlumatlı olmasına şübhə ilə yanaşır:
"Referendum, adətən, bu və digər sahədə islahatların reallaşdırılması məqsədini daşıyır. Onun keçirilməsini əvvəlcədən bilmək olmur. Azərbaycan qanunvericiliyinə əsasən, referendum səsvermədən 60 gün əvvəl elan olunur. O səbəbdən düşünürəm ki, bu barədə yalnız qərarın elan olunmasından sonra məlumatlı ola bilərik. Təbii ki, müəyyən sahələrin təkmilləşdirilməsinə böyük ehtiyac var, amma iddiaların nə dərəcə real olub-olmadığını demək tam mümkün deyil. Sadəcə olaraq burada ola bilsin qanunverici hakimiyyətin hər hansı bir təkmilləşdirilməsindən söhbət gedir. Referendumun keçirilməsi ölkə başçısının siyasi iradəsindən asılıdır və müəyyən sahələrdə hər hansı çatışmazlıqların, qüsurların aradan qaldırılmasıyla bağlıdır".
İdarəetmə formasıyla bağlı iddialara gəldikdə isə, millət vəkili diqqətə çatdırıb ki, parlament idarəetmə üsuluna keçidi o qədər də real saymır:
"Çünki bizdə güclü icra hakimiyyəti qolu mövcuddur və Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti icra hakimiyyətinin daşıyıcısıdır. Bu üsul çərçivəsində bizim həm daxili, həm də xarici siyasətimizdə böyük uğurlar əldə olunub. Burada keçidə heç bir səbəb görmürəm. Çünki prezident idarəetmə üsulu artıq özünü təsdiq edib və güclü idarəetmə forması yaranıb.
Son zamanlar regional idarəetmədə islahatlar həyata keçirilir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəlik institutunun yaranması, Naxçıvanda səlahiyyətli nümayəndə institutunun təsis olunması ondan xəbər verir ki, regional idarəetmədə müəyyən dəyişikliklərin olması qaçılmaz və labüddür. Bu isə təbiidir. Çünki Azərbaycan rəhbərliyi hər zaman ölkə daxilində regional siyasətin uğurlu olmasına səylər göstərir, həmçinin regionların inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilir. Düşünürəm ki, daha çox regional idarəetmə sahəsində islahatlara ehtiyac var və bu islahatlar da artıq həyata keçirilməyə başlayıb. Amma keçidlə bağlı məsələ inandırıcı deyil. Ehtiyac nədir, məqsəd nədir? Əgər bizdə prezident idarə üsulu özünü doğruldubsa, onun dəyişdirilməsinə ehtiyac qalır?!"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı