DYP-dən sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən bildirilib ki, yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-iş günləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağından xəbər verir.
Qeyd olunub ki, təhlükəsizlik baxımından, eləcə də proqnozlaşdırılan sıxlığın yol hərəkəti iştirakçılarının bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.
"Səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.
Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik", - DYP-dən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 817 Tarix: 04 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO
Taylandlı məşhur bloqer Gunpirom Wisadsing sosial şəbəkələrdə tənqidlərin hədəfinə çevrilib. xəbər verir ki, təxminən 2 milyona yaxın izləyicisi olan fenomenin paylaşımlarına yazılan bəzi rəylərdə onun həyat yoldaşına yaraşmadığı iddia edilib. Bu fikirlər geniş müzakirələrə səbəb olub. Bildirilir ki
30 aprelXəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto
Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-c
30 aprelBir qəpik də ödəmədən 1170 sot torpaq aldı
İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü "kral" elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib. -a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində "sahibsiz" kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikd
1 mayAzərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub - FOTOLAR
Mayın 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl şirkət rəhbərlərinin iştirakı ilə tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsi keyfiyyətinin artırılması, habel
2 mayBu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər s
1 may"Bayou Villas Delice Peninsula" 2026-cı il yay mövsümünü açır
Didimdə yerləşən "Bayou Villas Delice Peninsula" yenilənmiş xidmətləri və villa qonaqları üçün nəzərdə tutulmuş yeni imtiyazları ilə 2026-cı il mövsümünə start verir. Bu mövsüm məkanlar və xidmətlər daha fərdi (privat) xarakter alıb. "Fish Camp" restoranı artıq yalnız villa qonaqlar
1 mayBəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
"Bakı Marafonu 2026" ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcə
1 mayMumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin "İliada" əsərinin "Gəmi kataloqu" hissəsindən parçalar çıxdığını bildiriblər. xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdə
1 may