Şahzadə Harri 25 nəfəri öldürməkdən utanmadığını deyib
Şahzadə Harrinin maraqla gözlənilən "Ehtiyat" kitabının ilk nüsxəsindən bəzi fəsillər yayılıb.
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq kitabında Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri öldürdüyünü və bundan utanmadığını bildirib.
Sonxeber.az xəbər verir ki, "The Telegraph" qəzetinin məlumatına görə şahzadə Harri 10 yanvarda rəflərdə olacaq "Ehtiyat" adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.
Harri öldürdüyü üsyançıları "yaxşıları öldürmədən aradan qaldırılan pislər" kimi gördüyünü qeyd edib.
O həmçinin bildirib ki , kimisə insan kimi görsəniz, onu öldürə bilməzsiniz. Şahzadə Harri ordunun o insanları "başqası" kimi görmək üçün yaxşı təlim keçdiyini deyib.
"Birinci gündən məqsədim doğru şeyi edib-etmədiyimə dair heç bir şübhəyə getməmək və mülki insanlar olmadan sadəcə Talibana atəş açmaq idi. Heç bir orqanımı itirmədən İngiltərəyə qayıtmaq istəyirdim, amma daha çox vicdanım sağ-salamat evə getmək istəyirdim",- deyə şahzadə kitabında qeyd edib.
Şahzadə müharibədə əsgərlərin nə qədər düşmən öldürdüklərini bilmədiklərini və fərq qoymadan atəş açdıqlarını deyib.
"Bu rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Deməli mənim nömrəm 25-dir. Bu, məni qane edən rəqəm deyil, amma məni utandırmır",- deyə şahzadə bildirib.
Şahzadə Harri kitabında böyük qardaşı Şahzadə Uilyamı ona fiziki şiddətdə ittiham edib.
O, şahzadə Uilyamın dava zamanı onun yaxasından tutub yerə yıxdığını və yemək qabı üzərinə düşəndə qırılan qabın parçalarının onun kürəyinə batdığını yazıb.
Bukingem Sarayı kitabdan paylaşılan hissələrlə bağlı indiyə qədər heç bir açıqlama verməyib.
Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan İngiltərə kralı III Çarlz və onun keçmiş həyat yoldaşı, Uels şahzadəsi Diananın kiçik oğludur.
Çarlz və Diana 1996-cı ildə boşanıblar. Diana öləndə onun böyük oğlu Uilyam 15, Harri isə 12 yaşında idi.
Susseks hersoqu Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında daha müstəqil həyat yaşamaq və Britaniya mediasından uzaqlaşmaq üçün Amerika Birləşmiş Ştatlara köçmək üçün krallıq vəzifələrindən istefa veriblər.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı