Respublika birincisi olan, bir gecəyə "TikTok"da məşhurlaşan aşpaz-müğənni Xəyalcan "CaStro.FM"də - VİDEO
Xəbər verdiyimiz kimi, məşhurların sevimlisi olan, azərbaycanlı "De Castro" kimi tanınan gənc gitarist Pərviz Allahverdiyev bir müddət öncə "CaStro.FM" layihəsinə start verib.
Layihə çərçivəsində o, hər hansı bir sahədə uğur qazanan azərbaycanlı gəncləri "YouTube" kanalında yayımlanan verilişə qonaq edərək səmimi müsahibə formatında xalqa tanıtdırır.
BİG.AZ xəbər verir ki, verilişin 4-cü buraxılışının qonağı gözəl səsi olan tanınmış aşpaz Xəyalcandır.
Aşpazlıq üzrə universitet bitirən, 2018-ci ildə Respublika birincisi olan, səsi ilə hətta Turkiyədəki izləyicilərin qəlbini fəth edən bu gənci artıq "TikTok"da 240 min, "İnstagram"da isə (@KHayalCan_Chef) 109 min nəfər izləyir.
İstedadlı gəncimizi daha yaxından tanımaq istəyənlər onunla maraqlı müsahibəni aşağıdakı videodan izləyə bilərlər:
Qeyd edək ki, "De Castro" ləqəbiylə tanınan 28 yaşlı Pərviz Allahverdiyevin özünün ifasını onun "İnstagram" və "YouTube" səhifələrindən dinləyə bilərsiniz.
Daha öncə Pərviz sevilən aparıcı Vüsalə Əlizadənin "7 Canlı" verilişində müğənni Əkbər Əliyevlə birlikdə ifa edib. Onun paylaşımlarını Faiq Ağayev, Roza Zərgərli, Rasim Müzəffərli kimi bir sıra məşhurlar bəyənərək izləyir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı