Azərbaycanda hazırda yayılan virusla bağlı rəsmi XƏBƏRDARLIQ
Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
BAKU.WS xəbər verir ki, bu barədə trend-in suallarını cavablayərkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
O qeyd edib ki qış aylarında sadəcə koronavirus deyil, eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir.
"Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
İstənilən halda, həm koronavirusa, həm də qripə qarşı profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıdır", - deyə V.Əliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı