"Bu il ərzində təşkil olunan tədbirlərlə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq" - DEPUTAT
"2023-cü ildə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat xatırladıb ki, cənab Prezident İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib:
"Bu il Ulu öndərin 100 illiyi tamam olur. Ulu öndər Heydər Əliyev fəaliyyəti və fədakarlığı ilə hər bir azərbaycanlının ürəyində xüsusi yerə sahibdir. Sovet dövründə də Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını yaxşı bilirdi. Onun atdığı addımlar məhz buna hesablanmışdı. Hələ Sovet dövründə Ulu öndər Heydər Əliyev yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycan dövlətinin əsas təməl daşlarını qoyub. 90-cı illərin əvvəllərində xalqın istəyi və arzusu ilə ölkəyə qayıdan Heydər Əliyev atdığı addımlarla dövlətmizi yenidən əsarət altına düşməkdən xilas etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə inkişafın təməli qoyuldu. Ən önəmlisi isə, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Bu gün Ulu öndərin başladığı siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Ali Baş Komandan İlham Əliyev Ulu öndər Heydər Əliyevin Qarabağ və Şuşa ilə bağlı arzusunu reallaşdıraraq, vətəndaşlarımızı 30 il həsrətində olduqları doğma yurdlarına qovuşdurdu".
Deputat vurğulayıb ki, 2023-cü ilin "Heydər Əliyev İli" adlandırılması xalqımızın arzuladığı bir qərardır:
"2023-cü ildə müəyyən olunacaq tədbirlər planına əsasən, Ulu öndərin siyasi kursunun öyrənilməsinə dair silsilə tədbirlər təşkil ediləcək. Bu il ərzində təşkil olunan tədbirlərlə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı