Azərbaycanda universitetə pulsuz qəbul olunan tələbədən 3 ay sonra pul tələb olunub? - İDDİA
Qərbi Kaspi Universitetinin tələbəsi ödənişsiz əsaslarla daxil olduğu fakültədə 3 ay təhsil aldıqdan sonra ondan pul tələb olunduğunu idda edir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, 2022-ci ildə Mənəfova Ləman Namiq qızı universitetin Biologiya fakültəsinə ödənişsiz əsaslarla daxil olub.
O burada 3 ay təhsil aldıqdan sonra, məlum olub ki, tələbə əslində ödənişli əsaslarla qəbul olubmuş.
Şikayətçinin sözlərinə görə, ailənin maddi imkanı aşağı olduğuna görə, təhsili dondurmalı olublar. Hətta, universitet ödənişlə bağlı müəyyən yardım göstərməyi də onlara təklif edib ki, təhsil yarımçıq qalmasın. Buna baxmayaraq ailənin maddi vəziyyəti yenə də tələbənin təhsil haqqını ödəməyə yetmir.
Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüqar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ödənişsiz əsaslarla qəbul olan tələbədən daha sonra təhsil haqqı tələb edilməsi mümkün deyil. Burada başqa səbəblər var:
"Bunun səbəbi var. Dövlət İmtahan Mərkəzində qeydiyyatını birinci turda təsdiqləməyib. DİM ona güzəştə gedərək onu ikinci turda universitetə qəbul edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə müraciət etməlidir. Burada universitetlik bir şey yoxdur. Tələbə düşünür ki, birinci turda ödənişsiz əsaslı təhsilə qəbul olub. Ancaq elə olmayıb. Qeydiyyatı təsdiqləməyi gecikib deyə DİM onu ikinci turda qəbul edib. Bu səbəbdən təhsil ödənişli olub. Çox güman, tələbə məsələdən ondan ödəniş tələb edilən zaman xəbər tutub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı