Bu rayonda iri və xırda buynuzlu heyvanlar naməlum şəraitdə tələf olur - FOTO
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə Yenicə kəndindən olan fermerə məxsus təsərrüfatda baş verib.
Rayon sakini Ramin Bəndəliyev təsərrüfatında olan heyvanları örüş sahəsindən qaytardıqdan bir neçə saat sonra onlardan 2 baş qoyunun öldüyünü görüb. Daha sonra fermer digər qoyunların da halsız vəziyyətdə olduğunu müşahidə edib. Fermer sahə baytar həkiminə müraciət edib. Əraziyə cəlb olunaraq müayinələrə başlayan sahə baytar həkimlərin ilkin ehtimalına görə, qoyunlar zəhərləniblər.
Bundan sonra digər 100-ə yaxın qoyun və keçiyə də baytar həkimin məsləhəti ilə dərmanlar verilib. Eyni zamanda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanların saxlanıldığı ferma dezinfeksiya edillib. Daha sonra Qida Təhlükəsizliyi Agentiliyinin nümayəndələri də fermaya gələrək ölmüş heyvanlardan nümunələr götürüblər və Agentliyin laboratoriyasına göndəriblər.
Analizlərin cavabından sonra heyvanların ölümünün dəqiq səbəbləri məlum olacaq. Qeyd edək ki, ölmüş heyvanlar dezinfeksiya olunaraq basdırılıb. Təsərrüfat sahibinin sözlərinə görə, 2 gün öncə ona məxsus 1 baş camış da eyni şəraitdə ölərək tələf olub.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı