Qərbin Türkiyə PLANI: "Azərbaycan yenidən işğal oluna bilər"

Qərbin Türkiyə PLANI: "Azərbaycan yenidən işğal oluna bilər"Ağ Partiya başqanı Tural Abbaslının "YouTube" kanallarından birinə Türkiyə ilə bağlı açıqlaması səs-küy doğurub. Söhbət bu il Ərdoğan hökumətinin dəyişəcəyi təqdirdə Türkiyə və regionu nələrin gözləyəcəyindən gedir. Müxalif partiya lideri bildirib ki, Ankarada AK parti iqtidarının devrilməsi gələcək hökumətin də Azərbaycanın yanında olmasına zəmanət vermir. Və dediklərinə Süleyman Dəmirəlin Elçibəy hökumətinə helikopter verməməsi ilə əsas qazandırıb. Bəli, o zamankı Türkiyə iqtidarı "Bakı problemini Moskva ilə çözsün" deyirdi.

Türkiyə mediası da Tural Abbaslının çıxışını yayımlayır və Boraltan körpüsü olayını da xatırladırlar. Stalin zülmündən qaçan azərbaycanlılar barədə Ərdoğanın illər öncəki çıxışını təqdim edirik:

Daha əvvəl də xəbər verdiyimiz kimi, ABŞ Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Vaşinqton əhli buna 2016-da FETO və Türkiyədə hərbi çevrilişlə nail olmağa çalışdı. Lakin xalq Ərdoğanı dəstəklədiyi üçün ordu sıralarındakı nurçular ələndi. Hazırda isə Türkiyənin yəhudi Ceremi Rifkin kurasiyasına verilməsi planlaşdırılır. Bu barədə də araşdırma təqdim etmişik.

Türkiyə hakimiyyətini hərbi çevrilişlə devirə bilməyən amerikalıların FETO qolu da zərərsizləşdirildiyinə görə, plan iqtisadi və dollar maxinasiyalarına keçid aldı. Hətta Ağ Evin Yunanıstana hərbi yardımları, Fransanın da Egeydə gərginlik yaratmaq cəhdləri sezilir. Bunun isə səbəbi gün kimi aydındır:

– Qərbə müstəqil Türkiyə lazım deyil. Onlar belə geostrateji əhəmiyyətli cümhuriyyəti buyruqçu statusuna qaytarmaq istəyirlər. Çünki Ərdoğan ölkəsini sözün hər mənasında azad siyasət platformasına çevirib. Belə ki, regionda Türkiyənin sözü Avropa İttifaqı, NATO, BMT kimi təşkilatlardan daha keçərlidir. Bu isə Osmanlı qarabasması ilə islaq oyanan qərblilərə sərf eləmir.

Qərbin Türkiyə planı baş tutarsa:

– İstanbul meri kimi ermənipərəstlərin, qılıncın darlıq etdiyi "ağıllılar"ın hakimiyyətə gəlməsi qaçılmazlaşır;

– Bu zaman Türkiyədə vətəndaş müharibəsi ola bilər;

– PKK, PYD, YPG terrorları İstanbulu Hələbə çevirər;

– "France24″də yayımlanan Türkiyənin parçalanmış xəritəsi reallıq olar;

– Söhbət Türkiyənin Anadolu hissəsi, Ermənistan və Naxçıvanla sərhəd ərazilərində Kürdüstan dövlətinin yaradılmasından gedir.

Yaxud:

– Türkiyənin yeni hökuməti Azərbaycanın mövqeyini müdafiə etməyəcək;

– Ermənistanla sərhədlər açılacaq və İrəvan Bakının ərazi bütövlüyü şərtlərini qəbul etməyə məcbur qalmayacaq. Çünki blokadadan çıxmış olur;

– Ərdoğanla imzalanan Şuşa bəyannaməsi ləğv oluna bilər. Rusiyaya meydan oxuyan türklər meydanı yenə Kremlə verəcək;

– Türk Dövlətləri Təşkilatı ən yaxşı halda əməkdaşlıq şurası qəlibinə düşəcək. Turan İttifaqı Avrasiya İqtisadi Birliyi və KTMT asılılığı yaşayacaq;

– Azərbaycan Qarabağı erməni işğalından qorumaq üçün yetərli gücə sahibdir. Amma Prezident İlham Əliyev demişkən, "gəl təkbətək vuruş bizlə". Ermənistan isə KTMT-yə sədrlik edən ölkə və Rusiyanın bir növ diyarıdır. Bu halda III Qarabağ savaşı I Qarabağ müharibəsini xatırlada bilər. Bəzi ekspertlərin təbirincə desək, "Azərbaycan yenidən işğal olunar".

Hər halda "şər deməsən, xeyir gəlməz". Hamı bilir ki, Azərbaycan qlobal iqtisadi layihələrin ev sahibidir və Rusiya bura hücum etmək istəsə, qarşısında Avropanı görə bilər. Digər bir həqiqət isə ondan ibarətdir ki, Kreml bütün Qərbi gözə alaraq Ukraynaya hücumu davam etdirir. Yəni Rusiyanın yeni SSRİ iddiaları sərhəd tanımayacaq.

Sonda qeyd edək ki, Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını bugünkü gerçəkliyə çevirən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. Qardaşlıq isə dollarla ölçüyə gəlmir./Konkret


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6045   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr