Azərbaycan Xankəndinə ərzaq yardımı göndərsin – TƏKLİF
"Ermənistan saytlarını oxuyuram, çox böyük hay-küy salıblar ki, Xankəndində və erməni əsilli azərbaycanlıların (Azərbaycanlı etnik mənsubiyyət deyil də, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən anlayışdır) yaşadığı ətraf bölgələrdə ərzaq və dərman çatışmazlığı var, Laçın yolunun bağlı olmasına görə, güya, humanitar böhran yaşanır. Ermənistan hekayə qurmaq və satmaq üzrə liderdir, PR ustalarıdırlar, dünyaya indi məhz bu hekayəni satmaqla məşğuldular, halbuki, yolu Azərbaycan yox, Rusiya bağlıyıb, məhz Rusiya "sülhməramlıları" yolda hərəkəti məhdudlaşdıraraq Azərbaycanın dövlət və hökumət orqanları nümayəndələrinin öz ərazimizdə xidməti vəzifə borclarını yerinə yetirməyə, məsələn, bizim ərazidə olan mədənlərə baxış keçirməyə mane olurlar. Laçın yolu ilə ərzaq və dərman pereparatlarının daşınmasına heç bir məhdudiyyət yoxdur, amma biz bu həqiqəti dünyaya çatdıra bilmirik, ermənilər isə öz yalanını sata bilirlər. Ona görə də, bu bəhanələri aradan qaldırmaq, yalanı ifşa etmək üçün təklif edirəm ki, Azərbaycanda fəaliyyət göstərən humanitar məsələlər üzrə QHT-lər vasitəsi ilə Xankəndinə bir neçə maşın ərzaq yardımı göndərək. "Azərsun"un malları ilə dolu maşın karvanı Xankəndinə getsin, yerli icma nümayəndələrindən olan QHT-lərlə görüşüb yükü onlara təhvil versinlər".
Bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, Rusiya "sülhməramlıları" bu işdə yardım etməsələr (halbuki borclarıdır), bölgədə fəaliyyət göstərən "Qırmızı Xaç" komitəsi vasitəsi ilə bu işi görmək olar: "Bütün proses keyfiyyətli şəkildə video-foto görüntülərin qeyd edilməsi ilə aparılmalı, sonra bir neçə dildə reportajlar hazırlanıb dünya mediasına servis edilməlidir. Bu gün "Azərsun"un mallarını humanitar yardım kimi alan Xankəndi dükanları, sabah bu şirkətlə işləyib mallarını da satacaq, başqa yolları yoxdur, deməli, indidən bu yolu açmaq lazımdır. Vardanyan və onun quldurları ərzaq dolu maşınları qəbul etməyəcəksə, bu da xeyirdir, elə bu haqda da geniş, bir neçə dildə, dünyanın anlayacağı üslubda reportajlar çəkib yaymaq olar. Bəzən rəqibi məhz öz "silahı" (PR məsələsi), yaxşı bacardığı iş ilə "vurmaq" (effektiv informasiya siyasəti) lazımdır ki, bundan sonra atacaqları addımlarda, açıqlamalarında daha diqqətlə olmağı öyrənsinlər, yalan sata bilməsinlər..."/Pravda
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb