Azərbaycan Laçın dəhlizini birdəfəlik bağlaya bilərmi?

Azərbaycan Laçın dəhlizini birdəfəlik bağlaya bilərmi?"Azərbaycan Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Maraqlıdır ki, Azərbaycan hər zaman Ermənistanın saxtakarlığına qarşı dözüm nümayiş etdirir, Ermənistana çağırışlar edir. Qarşı tərəf isə yenə də öz manipulyativ siyasətindən əl çəkmir.

Təxribatlar, saxtakarlıq, dünyaya yalan məlumatların ötürülməsini davam etdirir.

Politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın növbəti dəfə Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə, eləcə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinərək təcavüzkar siyasi və hərbi təxribatları dayandırmağa çağırması əslində Ermənistandan çox beynəlxalq birliyə verilən bəyanatdır.

"Azərbaycan olaraq biz son 30 ildə Ermənistan tərəfinin Azərbaycanın çağırışlarına məhəl qoymayaraq öz təcavükar siyasətindən əl çəkmədiyinin dəfələrlə şahidi olmuşuq. Elə 44 günlük müharibə də məhz Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmamasının nəticəsi idi. Müharibədən sonra da onların bu və ya digər məsələdə tələblərimizə boyun əyməsi çağırışlarla deyil, zaman-zaman keçirilən hərbi əməliyyatlarla bağlı olub. Başqa sözlə desək, qarşı tərəfin başa düşdüyü tək yol güc yoludur. Bu baxımdan da çağırışlar və istər Xarici İşlər Nazirliyinin, istərsə də ölkə başçısının bəyanatları əsasən beynəlxalq birliyə yönəlir və bu çağırışlar atılacaq addımların əsasını formalaşdırır.

İndi də XİN-in öz çağırışında üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan qanunsuz silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və bu kimi qeyri-qanuni fəaliyyətləri sadalaması dünya birliyinin diqqətini növbəti dəfə Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə yönəltmək məqsədi daşıyır"-deyən politoloq bildirir ki, bu çağırışlar, bu səpkili bəyanatlar davamlı olmalıdır. Çünki münaqişələr təkcə hərbi yolla deyil, həm də diplomatik müstəvidə həll olunur. Başqa sözlə, hər bir hərbi əməliyyatın arxasında diplomatik fəaliyyət dayanır. Azərbaycan bu səpkili çağırışlarla regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyində prinsipial və ardıcıl olduğunu nümayiş etdirir, eyni şəkildə öz maraqlarını təmin etmək üçün beynəlxalq hüquqa əsaslanan tədbirləri davam etdirəcəyini də bəyan etmiş olur.

"Bu çağırışlar nəticə etibarilə Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi ilə nəticələnəcək. Bu isə üçtərəfli bəyanatın şərtlərinə zidd deyil. Azərbaycanın öhdəliyi Laçın yolu ilə sərbəst gediş gəlişin təmin olunmasından ibarətdir. Bir Laçın yolu istiqamətində Azərbaycan-Ermənistan sərhəddində sərhəd postu və gömrük məntəqəsi qurmaqla sərhəddimizi nəzarətə götürə və ondan sonra həmin yoldan humanitar məqsədlər üçün istifadə edən tərəflərə Laçın yolu boyunca sərbəst gediş-gəliş imkanı yarada bilərik. Yəni, əvvəl oradan keçənin kimliyi, nə daşındığı yoxlanılmalı və ondan sonra hərəkətə icazə verilməlidir. Bu addımın atılması ilə separatçı rejimin əl-qolunu xeyli dərəcədə bağlamış olacağıq. Bundan sonra qanunsuz hərbi birləşmələrin ərazilərimizi tərk etməsi üçün vaxt vermək və tələblərimiz yerinə yetirilməyəcəyi halda həmin qanunsuz hərbi birləşmələri tərksilah etmək üçün əməliyyatlar keçirmək olar",- deyə o qeyd edib. Politoloq bildirir ki, eyni hal Zəngəzur dəhlizi ilə də bağlıdır. Ermənistan və onların havadarları başa düşməlidir ki, Azərbaycanın Laçın yolu ilə bağlı öhdəliyi olduğu kimi, Ermənistanın da Zəngəzur dəhlizindən sərbəst gediş-gəlişi təmin etməklə bağlı öhdəliyi var. Ermənistan tərəfindən həmin öhdəliyin yerinə yetirilməməsi Azərbaycanın da Laçın yolunu birdəfəlik bağlaması ilə nəticələnə bilər./Bizimyol


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3215   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr