Həyat yoldaşını erkən itirdi, "Ögey ana" filmində onu aldatdılar...

Həyat yoldaşını erkən itirdi, "Ögey ana" filmində onu aldatdılar..."Ögey ana" filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında bəzi maraqlı məlumatlar ortaya çıxıb.

Sonxeber.az kulis.az-a istinadən həmin faktları təqdim edir:

Sevinc Mirzəağa qızı Axundova 1947-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini əvvəl 18 nömrəli, daha sonra isə 15 nömrəli rus dilli orta məktəbdə alıb. Atası müəllim, dosent Mirzəağa Axundov Neft Akademiyasında çalışıb, anası Səfurə Əliyeva həkim olub.

Azərbaycanlı tamaşaçı Sevinc Axundovanı "Ögey ana" filmindəki Cəmilə obrazı ilə tanıyıb və sevib. Filmə çəkilməsi ilə bağlı verdiyi müsahibədə deyir:

"Çəkilişə başlamaq üçün müsabiqə keçirirdilər. Mənim dayım oğlu da film operatoru idi. Həmin yerə məni o apardı. Onda 4-cü sinifdə oxuyurdum. "Cəmilə"yə 3 qızı sınaqdan keçirdilər. Nəhayət, mənim üzərimdə dayandılar. Dedilər ki, "şeir de, ağla, gül". Nə dedilərsə, mən də etdim, xoşlarına gəldi. Çəkiliş zamanı bildirdilər ki, bu qızın 5 barmaq saçını kəsək. Atam da icazə verdi, ümumiyyətlə, saçımı qısaltdılar. Yadımdadır, hətta orada bir günlük dağa da çıxdıq. Üzüm, əlim, qolum dağda yıxıldığımıza görə cızılmışdı deyə, rejissor məni çox danladı. Dedi, "sən niyə icazəsiz getmisən?".

Bundan başqa, aktrisa müsahibəsində filmdən yadda qalan maraqlı hadisələri də oxucularla bölüşür:

"Suya yıxılma səhnəmi məndən tez-tez soruşurlar. O çəkilişi oktyabrın əvəllərində etdik. Deməli, çəkiliş zamanı altı dəfə suya düşdük. İsmayıllıda böyük bir çay idi, orada suya yıxılırdıq. Amma sudan çıxmaq səhnəsini Dilicanda çəkilib. İsmayıllıda suya düşdük, Dilicanda çıxdıq. Birinci dəfə suya düşəndə qorxdum, İsmayılı itələdim, qaçdım. Sonra məni aldatdılar. Anam da həkim idi, dedilər ki, get spirt gətir, uşaqları spirtləmək lazımdır.

Anam gedib-gəlincə 5 dəfə suya girdik. 5 dəfə də geyimimizi dəyişdilər. 5 dubl çəkiləndən sonra hansı yaxşıdırsa, onu seçdilər. Yadımdadır ki, bir dəfə suya düşdük, çox qəşəng alındı, sevindik ki, ikinciyə ehtiyac qalmayacaq. Bir də baxdıq ki, bizi sudan çıxaranda bir kişinin başı kadra düşüb. Axır ki, alındı. Təbii, nəyi var xəstələndik. Balaca cücəni isə mənə bağışladılar, gətirdim, şəhər evində saxladım, böyütdüm. Yadımdadır, birinci dəfə Ceyhun mənə dedi ki, çayda şüşələr var, sənə batacaq. Uşaq şıltaqlığı var idi. Küsürdük, barışırdıq. Fəryad filmini çəkməmişdən öncə deyirdi ki, "mən istəyirəm həmin filmin ardını çəkim. Sənin yoldaşını, mənim yoldaşımı çəkim". Sonra "Fəryad" filmi araya girdi".

Aktrisa sonralar "Aygün" filminə çəkilir. "Ögey ana" filmində olduğu kimi bu filmdə də Xalq artisti Nəcibə Məlikova ilə tərəf müqabili olur. Nəcibə xanım isə Sevinc xanımı oğluna almaq istəyir. Bu barədə Sevinc xanıma deyəndə, o, razılaşmır, onun oğlunu qardaşı kimi çox istədiyini səbəb göstərir.

Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Daha sonra Dövlət Konservatoriyasında fortepiano üzrə təhsil alır. 18 yaşından etibarən musiqi məktəblərində dərs deyir.

Sevinc xanım gələcək həyat yoldaşı ilə eyni sinifdə oxuyur. Sinif yoldaşı münasibəti dostluğa, daha sonra isə sevgiyə çevrilir. Onlar ailə həyatı qururlar. Bu evlilikdən onun Cəmilə və Çinarə adında iki övladı dünyaya gəlir.

Ancaq qızları doğulandan bir müddət sonra aktrisanın həyat yoldaşı qəfildən dünyasını dəyişir. O, bu barədə deyir:

"Mənim iki qızım var. Cəmilə və Çinarə. Cəmilə adı mənim çox xoşuma gəlir. Uşaq olanda "Cəmilə" adlı ərəb kinosuna baxırdım. Tale elə gətirdi ki, filmdə də adım Cəmilə oldu. Həyat yoldaşım qəfildən rəhmətə getdi, uşaqlarımı çətinliklə də olsa tək böyütdüm. Çox sevinirəm ki, qızlarım yaxşı mühitdə böyüyüb".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4025   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr