Pakistan və Azərbaycan arasında mühüm gəlişmə: "Qaçılmaz idi"
"Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni təhdidlər Cənubi Qafqazdan da yan keçir. Bu baxımdan, Azərbaycanın hərbi arsenalını uzaqmənzilli raketlərlə təchiz etməsi labüddür".
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Pakistan-Azərbaycan hərbi əməkdaşlığındakı son gəlişmələrə diqqət çəkib:
"Azərbaycan Pakistanla hərbi əməkdaşlıq müstəvisində bu ölkədən istiliyi müasir tanklar və 350 kilometr mənzilli raketlər almağı planlaşdırır. Azərbaycanın hərbi cəhətdən güclənməsi yeni təhdidlər fonunda ölkəmizin müdafiə qabiliyyətini yüksəldəcək, bununla yeni hərbi təhdidlərə hazır olacaq. Üstəgəl, Pakistan nüvə silahı olan yeganə müsəlman dövlətidir. Dünyanın ən güclü on ordusundan birinə malik belə bir dövlətin hər cəhətdən Azərbaycanın yanında olması təhlükəsizliyimiz üçün çox vacibdir.
Pakistanın müasir uzaqmənzilli raket, həmçinin qırıcı təyyarə istehsalçısıdır. Pakistan silahlarının gücü meydanda sübut olunub. Bununla yanaşı, Pakistan bir sıra dövlətlərlə, o cümlədən Çin kimi bir güclə birgə silah istehsal edir, hərbi layihələr həyata keçirir. Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan yüngül, çoxfunksiyalı qırıcı təyyarələr ala bilər.
İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Bir ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi isə dünya nizamını dəyişir. Bu müharibənin yaratdığı yeni təhdidlər Cənubi Qafqazdan da yan keçir. Bu baxımdan, Azərbaycanın hərbi arsenalını yeni, uzaqmənzilli raketlərlə təchiz etməsi qaçılmaz idi. Çünki təhdidlər təkcə Ermənistandan gəlmir, artıq bir sıra dövlətlər Azərbaycanı aşkar şəkildə təhdid etməyə başlayıblar. Məsələn, İran, Fransa və s. Buna görə də müdafiə qabiliyyətimizin gücləndirilməsi hava-su kimi önəmlidir"./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb