Harri ilə bağlı qərar verildi

Harri ilə bağlı qərar verildiŞahzadə Harri mayın 6-da atası Kral III Çarlzın tacqoyma mərasiminin ssenarisindən kənarlaşdırılıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri məlumat yayıb.

Bildirilib ki, ənənəyə görə, mərasim zamanı kral hersoqları diz çökərək monarxa ehtiramlarını bildirməlidirlər. Amma bunu yalnız Britaniya taxtının varisi, şahzadə Uilyam edəcək.

Buna səbəb Harrinin yanvarın 10-da rəsmi olaraq işıq üzü görəcək olan "Spare" ("Ehtiyat") adlı kitabıdır. Belə ki, kitabda Harrinin böyük qardaşı ilə rəqabəti, atasının çətin təbiəti və həyat yoldaşı Meqan Marklla Keyt Middltonun mübahisələri yer alıb. Məlumatlar arasında kral ailəsinin üzvlərinin II Elizabetin öldüyü gün Meqanı Balmoral qəsrində görmək istəməmələri də var. III Çarlz oğluna bir çox arqumentlər sadalayaraq həyat yoldaşını gətirməməsini xahiş edib, lakin sonradan o, bunun üçün üzr istəyib.

Kral ailəsinə yaxın mənbə nəşrə bildirib ki, Şahzadə Uilyam kitabın nəşrindən qəzəblənib, lakin qardaşından qisas almaq fikrində deyil:

"O, heç vaxt bunu etməz, çünki ləyaqətli və sədaqətlidir. O, ailəsinin və ölkənin rifahı üçün susur".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1040   Tarix: 09 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad

12 iyul
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12 iyul
.

Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?

Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər

13 iyul
.

Tramp xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq. Belə ki, AB

14 iyul
.

İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb

İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında

12 iyul
.

ÜST-dən xəbərdarlıq: "Ağcaqanad mənşəli təhlükəli virus yayılır

Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır. Ölkə.az xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrd

15 iyul
.

Trampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub

İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi şəxsin kimliyi açıqlanıb. İran mediasına istinadən xəbər verir ki, söhbət İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridən gedir. Bildirilib ki, Dena Kərrari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmə

16 iyul
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13 iyul
.

Rusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO

Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla

12 iyul