"Qarabağdakı erməni azlığı öz gələcəyini təmin edə bilməz" - RƏY

"Qarabağdakı erməni azlığı öz gələcəyini təmin edə bilməz" - RƏYİstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi
"Biz gənclərimizin aksiyasının real nəticəsini Xankəndində yaşayan dinc erməni sakinlərinin Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciətində görürük və növbəti aylarda bu müraciətləri daha çox görə biləcəyik".

Bu sözləri politoloq Anar Əliyev Sonxeber.az-a Şuşa-Xankəndi yolunda bir aydır davam edən aksiya ilə bağlı açıqlamasında deyib.
"Qarabağdakı erməni azlığı öz gələcəyini təmin edə bilməz" - RƏYPolitoloq bildirib ki, gənclərimiz ortaya iradə qoymaqla Azərbaycan dövlətinin müvafiq qurumlarının strukturlarını heç bir qüvvənin dayandıra bilməyəcəyi reallığını ortaya qoymuş oldular. Gənclərimiz sübut etdilər ki, Azərbaycan ərazisində hakimi-mütləq iradə sahibi xalqımızdır:

"Şuşa-Xankəndi yolunda eko-fəallar və qeyri-hökumət təşkilatı nümayəndələrinin Azərbaycanın təbii sərvətlərinin qanunsuz fəaliyyətinin qarşısını alınması ilə bağlı etiraz aksiyaları davam edir. Hesab edirəm ki, bu çətin hava şəraiti ilə bu aksiyanı keçirən, Azərbaycanın haqq mübarizəsində öz səslərini ifadə edən gənclərimiz hər biri qəhrəmandır. Bu gün Azərbaycan xalqının maraqlarının qorunmasında onların müstəsna rolları var. Gənclərimizin bu aksiyası kifayət qədər uğurlu olmaqla yanaşı, həm də praktik nəticələr doğurub. Bu günə qədər davam edən aksiyanın ən mühüm nəticələrindən biri həm Qarabağdakı erməni azlığının separatçı qüvvələrinin, həm də Ermənistan və havadarlarının başa düşdüyü bir reallığı ortaya qoydu.
Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi, Əsgəran, Xocalıda, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə heç bir proses Azərbaycan xalqının iradəsindən kənarda baş verə bilməz. Qarabağda yaşayacaq erməni azlığının gələcəyi və təhlükəsizliyinin müdafiəsi yalnız Azərbaycan dövlətinin müvafiq qurumları vasitəsilə həyata keçirilə bilər. Digər hər hansı bir ikinci qüvvəyə arxalanaraq heç bir tərəf, eləcə də Qarabağdakı erməni azlığı öz gələcəyini təmin edə bilməz. Aksiyanın ortaya qoyduğu bu reallıq ən mühüm nəticələrimizdən biridir. Digər bir mühüm nəticə artıq qanunsuz istismar edilən, ekoterrorizm həyata keçirilən yataqlarda istismarın dayandırılmasıdır. Hesab edirəm ki, gənclərimiz bu aksiya ilə həm də istismarın qarşısını almış oldular və bu çox ciddi ikinci məsələdir. Üçüncü məsələ ondan ibarətdir ki, gənclərimiz ortaya iradə qoymaqla Azərbaycan dövlətinin müvafiq qurumlarının strukturlarını heç bir qüvvənin dayandıra bilməyəcəyi reallığını ortaya qoymuş oldular. Gənclərimiz sübut etdilər ki, Azərbaycan ərazisində hakimi-mütləq iradə sahibi xalqımızdır.
Separatçı qüvvələrin, xüsusilə də Rusiyada qaranlıq yollarla milyardlar qazanmış və xüsusi tapşırıqla Qarabağa göndərilmiş Ruben Vardanyan, Arayik Harutyunyan, Vitali Balasanyan kimi cinayətkarların bir neçə yüz gəncimizin iradəsi qarşısında heç bir addım ata bilməyəcəyini ortaya qoydular. "Qısa müddət ərzində dəhlizdə bütün nəzarət ermənilərin əlində olacaq" kimi populist,aventürist bəyanatlar səsləndirsələr də, bu bəyanatların heç birinə nail ola bilmədilər. Gənclər prezident İlham Əliyevin Azərbaycanın haqq mübarizəsində apardığı gərgin fəaliyyətə çox ciddi dəstək əlamətləri, müsbət mənada əlavə kompanentlər qatmış oldular. Biz gənclərimizin aksiyasının real nəticəsini Xankəndində yaşayan dinc erməni sakinlərinin Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciətində görürük və növbəti aylarda bu müraciətləri daha çox görə biləcəyik".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Qarabağdakı erməni azlığı öz gələcəyini təmin edə bilməz" - RƏYŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1834   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr