Dünya üçün xoş xəbər: Ozon dəliyi bağlanır - FOTO
Ozon dəliyi bağlanır və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq.
Bu barədə BMT-nin himayəsi altında hazırlanan hesabatda bildirilib.
Hesabata görə, ozon təbəqəsi bərpa olunur və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq.
Hesabat Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin Mühafizəsi Proqramının liderliyi ilə dörd ildən bir dərc edilir və Monreal Protokolu ilə bağlı yeniliklər nəzərdən keçirilir. Hesabatda bildirilib ki, atılan addımlar insanların ozon təbəqəsinə vurduqları zərərin qarşısını ala bilər.
Ümumdünya Meteorologiya Təşkilatı, Milli Okean və Atmosfer İdarəsi, Milli Aeronavtika və Kosmos İdarəsi və Avropa Komissiyası tərəfindən dərc olunan və 30 ölkədən 230-a yaxın elm adamının iştirak etdiyi hesabatın nəticələrinə görə, ozon təbəqəsi 1980-ci ildəki göstəricilərinə 2040-cı ildə geri dönəcək. Eyni halın 2045-ci ildə Şimal qütbündə, 2066-cı ildə isə Antarktidada baş verəcəyi qeyd edilir. Proqnozlara görə, ozon təbəqəsindəki dəliyin kiçilməsi sayəsində dünyada qlobal istiləşmənin qarşısının 0,5-1 dərəcəyədək nisbətdə alınması mümkün olacaq.
Qeyd edək ki, ilk dəfə 1985-ci ildə Antarktida üzərində ozon təbəqəsində əmələ gələn dəliyin aşkarlanmasından sonra 1987-ci ildə BMT-nin himayəsi ilə Monreal Protokolu imzalanıb. Protokolda ozon təbəqəsinin zədələnməsinə səbəb olan bir çox maddənin istehsalının mərhələli şəkildə dayandırılması, ozon təbəqəsinin mühafizəsinin təmin olunması qarşıya məqsəd qoyulub./Oxu.az




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1218 Tarix: 12 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrKos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabr