Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədi

Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədiBakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Gültəkin Muradovanın verilmiş ittihamla təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttiham olunan şəxsin vəkili müdafiə çıxışında təqsirləndirilən şəxsə şərti cəza verilməsini xahiş edib. Məhkəmə Gültəkin Muradovaya son söz üçün sabaha qədər vaxt verib.

İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.

2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.

Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz edib. O, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.

Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyatı üzrə təhvil verilib.

Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanmışdı.

Bununla belə, hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1656   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI

Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin "İliada" əsərinin "Gəmi kataloqu" hissəsindən parçalar çıxdığını bildiriblər. xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdə

1 may
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

30 aprel
.

AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir. "Airbus A320neo" 630

30 aprel
.

Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO

"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb". "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov bildirib. Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maa

1 may
.

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır. "Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşə

1 may
.

Toy karvanları quranlara XƏBƏRDARLIQ

"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu

1 may
.

"Finoko" BOKT cərimə olundu - Sorğuya cavab verilməyib

"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhimdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsini

30 aprel
.

Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - Video

Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaşlar ona irad tutublar. Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağ

1 may
.

Sabirabadda Kür çayı məcrasından çıxdı

Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub. "Report"un məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub. Nəticədə Kür və Araz çaylarının qovuşduğu əraz

1 may