Sahibkarlarla sayca 56-cı görüş Şirvanda keçirildi
"SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyasında bu dəfə Şirvan rayonunda fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləməyə hazırıq. Birliyin səlahiyyətləri çərçivəsində sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüləcək".
Bunu SOCAR "Azəriqaz" İB-nin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Anar Qədimli sahibkarlarla görüşdə bildirib. Qurum rəsmisi vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb. Aksiyada çıxış edən KOBİA nümayəndəsi Rəhman Nəcəfov ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib.
Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları adından müraciət edən Nəriman Şahbazov hər il olduğu kimi bu il də onlara debitor borcun ödənilməsində möhlət verilməsini xahiş edib. İstixana sahibi Etibar Ələkbərov qazın verilişinin təmin edilməsini istəyib.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Ətraflı video materialda:




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı