Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılacaq

Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılacaqYanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirdi. Ölkə başçısı qeyd etdi ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və Azərbaycanın dinamik inkişafı təmin olunub. Ötən il ölkəmiz idman sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda 300-ə yaxını məhz qızıl medal olmaqla 800-dən çox medal qazanıblar. Ölkə başçısı keçən ilin idman yekunlarına həsr olunan mərasimdə qeyd etdi ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Artıq Azərbaycan dünyada idman ölkəsi olaraq özünü təsdiq edib. Bunu idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar təmin edir.
Ölkəmizin idman uğurlarını təmin edən əsas amillərdən biri müasir standartlara cavab verən idman infrastrukturunun yaradılmasıdır. Bu vaxta kimi bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, son vaxtlar isə Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bir sözlə, ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bütün bunlarla yanaşı azad edilmiş ərazilərdə də idman infrastrukturunun yaradılmasına başlanılıb.
2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Həmçinin Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Məlum olduğu kimi Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra kompleksin öz əzəli yerində - Eyvazxanbəyli kəndində yaradılmasına qərar verilmiş və müasir atçılıq kompleksinin yaradılması üçün işlərə start verilmişdir. Bütün bu işlərlə yanaşı azad edilmiş ərazilərdə ötən il bir neçə beynəlxalq idman yarışı da keçirilmişdir ki, bunun çox böyük tarixi əhəmiyyəti vardır. Azad edilmiş ərazilərdə həyata keçirlən bərpa-quruculuq işləri ilə yanaşı idman yarışlarının keçirilməsi həmin ərazilərə yeni həyatın qayıtdığının göstəricisidir. Azərbaycan tarixi Zəfərə imza atmış ölkədir və Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, ümumilikdə bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İdmançılarımız da qalib xalqı təmsil etdikləri üçün beynəlxalq yarışlarda daha qürurla və ədalətlə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər.
İdmana və idmançılara göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan idmanı bundan sonra da inkişaf edəcək, davamlı qələblər təmin olunacaqdır. Bu baxımdan 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası,
Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 835   Tarix: 13 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr