"Azərbaycan dövləti bir daha siyasətinin əsas qayəsinin vətəndaş rihafı olduğunu sübut etdi" - Müşfiq Cəfərov
"Bu gün qlobal böhran bütün dünyada hiss olunur, bunun əsas səbəbi pandemiya və hərbi toqquşmalardır. Ancaq dövlətimizin əsas prioriteti bütün bu proseslərin vətəndaşların rifah halına mənfi təsirinin qarşısını almaqdır".
Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a Prezident İlham Əliyevin müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdünün artırılması ilə bağlı fərmanı haqqında danışarkən deyib.
Deputat həmçinin bildirib ki, ildən-ilə aktiv məşğulluq proqramlarının da tərkibi genişləndirilir:
Qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycan da dünyada olan inflyasiyadan təsirlənib. Lakin dövlət başçısının fərman və sərəncamları ilə 2023-ci ilin əvvəlindən ölkəmizdə sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketi həyata keçirilib. Düşünürəm ki, qəbul olunan geniş tərkibli sosial paketlər bu təsiri minimuma endirə biləcək. Bu artımlar bir çox sahələri əhatə edəcək. Azərbaycan dövləti bir daha siyasətinin əsas qayəsinin vətəndaş rihafı olduğunu sübut etdi. Bu gün qlobal böhran bütün dünyada hiss olunur, bunun əsas səbəbi pandemiya və hərbi toqquşmalardır. Ancaq dövlətimizin əsas prioriteti bütün bu proseslərin vətəndaşların rifah halına mənfi təsirinin qarşısını almaqdır. Azərbaycanın dərin məzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti vacib yer tutur. Bu baxımdan dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan dördüncü sosial paketlə bu siyasətin ardıcıl səciyyə daşıması öz təsdiqini tapır. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir.
Həmçinin, ildən-ilə aktiv məşğulluq proqramlarının da tərkibi genişləndirilir. Prezident İlham Əliyevin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. Bu proqram kiçik sahibkarlığa çıxışı asanlaşdırdığı kimi işsizliyi azaldır və ölkədəki iqtisadi artım indeksini daha da qaldırır.
Mən deyərdim ki, ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Artıq beynəlxalq aləmdəki tərəfdaşlarımız da Azərbaycanda olan inkişafı və xüsusilə əhalinin sosial durumundakı irəliləyişləri yüksək qiymətləndirib, dəstəklədiklərini ifadə edirlər.
Ümid edirəm ki, növbəti günlərdə müharibə veteranlarına verilən aylıq prezident təqaüdü də artırılacaq. Hələ ki bu artımlardan faydalanmayan bizim Qarabağ zəfərinin sütunları ilə bağlı təklifin hazırlanıb, cənab prezidentə təqdim olunması da artıq zərurətə çevrilib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı