Bu il Azərbaycanda hansı sığorta növləri prioritet olacaq?
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi bu il ölkədə əmlak və sağlamlıq riskləri ilə bağlı sığorta növlərinə marağın yüksək olacağını gözləyir.
Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ASA-nın İcraçı direktoru Elmar Mirsalayev bildirib.
"2023-cü ildə Assosiasiya Azərbaycan Mərkəzi Bankı ilə birlikdə sığorta sektorunda təkmilləşdirmə işləri aparacaq, sığorta xidmətlərinə əlçatanlığı təmin edəcək, bu yolla əhalinin sığortaya marağını artıracaq. Mən daşınmaz əmlakın icbari sığortasına böyük maraq gözləyirəm. Adıçəkilən sığorta növü üzrə elektronlaşmanın tətbiqi yaşayış və qeyri-yaşayış obyektlərinin sığortasını stimullaşdıracaq. Bundan əlavə, hesab edirik ki, bu il sağlamlıq amili də prioritet olacaq. Bu da bilavasitə könüllü tibbi sığorta bazarının daha da genişlənməsinə şərait yaradacaq. 2022-ci ilin yanvar-noyabr aylarında könüllü tibbi sığorta üzrə daxilolmalar 105,5 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 milyon manat çoxdur. Sığortalıların marağı nəticəsində təmin olunmuş bu artımın 2023-cü ildə də davam edəcəyini düşünürük", - deyə o qeyd edib.
Bundan başqa, ASA rəsmisin sözlərinə görə, sahibkarlara və ümumilikdə iş dünyasına xitab edən sığorta növləri də 2023-cü ilin priorotet sığorta növləri arasında olacaq: "Bu gün elə sığorta növləri var ki, onlar bilavasitə sahibkarların və iş dünyasının risklərinə təminat verir. Bu baxımdan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı, həyatın yaşam sığortasını qeyd edə bilərik. Ötən ilin 11 ayında 1-ci sığorta növü üzrə yığımlar illik müqayisədə 7,6 milyon manat, 2-ci sığorta növü üzrə yığımar isə 111,3 milyon manat artıb. Ölkəmizdə biznes mühitinin inkişafı ilə əlaqədar 2023-cü ildə atılacaq addımları nəzərə alsaq, qeyd etdiyim sığorta növləri üzrə bazarın böyüyəcəyini əminliklə proqnozlaşdıra bilərik".
İcraçı direktor onu da qeyd edib ki, bəzi sığorta növlərinin inkişafı müxtəlif amillərlə bağlıdır və 2022-ci ildə qeydə alınmış hadisələr 2023-cü ildə həmin sığorta növlərinin geniş yayılmasına zəmin yaradacaq: "Bu sığorta növlərindən xaricə səfər edən vətəndaşların sığortasını, avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortasını, əmlakın yanğından və digər risklərdən sığortasını qeyd edə bilərik. Bildiyiniz kimi, səfər sığortası bazarı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tamamilə dayanmışdı. Məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması ilə bu bazar yenidən canlanır. 2022-ci ilin 11 ayında bu sığorta növüz üzrə yığımlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat artaraq 4,7 milyon manat təşkil edib. Bazar böyüməsinin 2023-cü ildə davam edəcəyinə əminik.
Bundan başqa, ötən il və ondan əvvəlki illərdə böyük ticarət mərkəzlərində baş vermiş yanğınlar daşınmaz əmlakın icbari sığortası ilə yanaşı, əmlakın yanğından və digər risklərdən sığortasını da aktuallaşdırdı. Bəlkə də bunun nəticəsidir ki, 2022-ci ilin 11 ayı ərzində adı çəkilən növ üzrə 54,7 milyon manat yığım təmin olunub və bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 milyon manat çoxdur.
KASKO sığortasını da xüsusi vurğulamaq istəyirəm. Demək olar ki, hər gün rastlaşdığımız yol nəqliyyat hadisələri, eyni zamanda bir neçə gün əvvələ qədər davam edən qarlı-şaxtalı hava şəraiti nəticəsində qeydə alınan avtonəqliyyat qəzaları bu növün aktuallığını qorunmasına xidmət etdi. Adı çəkilən sığorta üzrə 2022-ci ilin 11 ayının yığımları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon manat artaraq 38,6 milyon manat təşkil edib. Bütün bu faktorları əsas götürərək əminliklə demək olar ki, KASKO sığortası da 2023-cü ilin ən çox müraciət edilən sığorta növləri arasında olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı