Makron Fransanı Azərbaycanın dostu adlandırdı – Onda Ermənistan bizim nəyimizdir?

Makron Fransanı Azərbaycanın dostu adlandırdı – Onda Ermənistan bizim nəyimizdir?Təki yalançı-zad çıxmayaq, amma deyəsən Fransa təzə il girər-girməz, Azərbaycana qarşı ənənəvi ritorikasını yumşaltmaq qərarı verib. İki faktdan danışacağıq. Biri Fransa parlamentinin aşağı palatasının – Milli Assambleyasının prezidenti Yael Braun Prietin Ermənistana dünənki səfəri ilə bağlıdır.

Belə görünür ki, "miatsum", "genosid" ağlaşmaları ilə ermənilər ən sadiq dostları fransızları da bezdiriblər. Hər halda, madam Prietin İrəvan ziyarəti bu təəssüratı yaratdı.

İş ondadır ki, spiker Azərbaycanla bağlı ona ünvanlanan bütün aqressiv və təxribatçı suallara cavabında nə qədər qəribə olsa da, erməniləri məyus, hətta pərt edən münasibət sərgilədi. Bizə qarşı "Nensi nənə" (Pelosi) kimi aqressiv davranmadı. Özü də kapitulyant ölkənin "göbəyi"ndə!

Məsələn, fransız spiker "beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımadıqlarını" söylədi ("Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur"). Ardınca Laçın yolundakı aksiya və Bakıya qarşı sanksiya tələbi ilə ilgili başqa bir provokasion suala cavabında da təmkinini pozmadı, radikal-revanşitlərin qulağına xoş gələn heç nə demədi. Sanki başdan eləmək üçün yalnız bunu bildirdi ki, Fransa bütün məsələlərdə konstruktiv dialoqlun tərəfdarıdır. Yəni quru, şablon sözlər.

Hərçənd dərhal sual yaranır ki, Fransa beynəlxalq hüquqa həqiqətən sayğılıdırsa, onda xanım Yael Braun Prietin sədri olduğu Milli Assambleya nədən 2021-ci ildə Fransa Senatı kimi uydurma "artsax"ın "müstəqilliyini" tanıyan qətnaməni təsdiqləyib?

Yaxud ötən il noyabrın 15-də Azərbaycan əleyhinə qəbul edilən, Bakıya qarşı sanksiyalara çağırışın da yer aldığı digər bir təxribatçı sənəd? O nə "turşu", bu nə "pəhriz"? Yoxsa Paris "valı dəyişmək" qərarı verib?

Maraqlısı həm də odur ki, Priet İrəvanda olan gün Fransa prezidenti Emmanuel Makron Azərbaycanın bu ölkədəki yeni səfiri Leyla Abdullayeva etimadnaməsini qəbul edib. Bundan əvvəl – keçən ilin noyabrında isə Leyla xanım etimadnamənin surətini Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavininə təqdim eləmişdi. Bu, kifayət qədər aşağı bir ranq idi. O üzdən gözlənti var idi ki, məsələ bununla bitəcək. Çünki iki ölkə arasında münasibətlər öz tarixinin az qala, ən pis dövrünü yaşayır.

Ardınca Fransanın yeni səfiri Ann Buayo Bakıya təşrif buyurdu və ötən dekabrın 5-də onun etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramov qəbul elədi. Prezident İlham Əliyevin etimadnaməni qəbul edib-etməyəcəyi isə hələ də böyük sual altındadır ki, bu da diplomatik narazılığın bir forması sayılır. Ancaq Makronun pozitiv jestindən sonra Əliyev də yeni fransız səfirlə görüşəcəkmi? Yaxın günlərdə biləcəyik.

Bir şey dəqiqdir ki, belə xoşagəlməz durumun səbəbkarı Azərbaycan deyil. Burnundan uzağı görə bilməyən, Paşinyan Ermənistanı kimi boyundan yuxarı tullanmaq istəyən Makron Fransasıdır. Odur ki, "zibili" kim tökübsə, o da yığışdırmaq zorundadır. İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Fransasız, Fransa da Azərbaycansız yaşaya bilər. Necə ki, indiyədək yaşayıb.

Amma daha yaxşı olmazmı ki, "Firəngistan" bizə qarşı orda-burda, BMT-də qanqaraldıcı işlərlə məşğul olmasın, kövrək sülh prosesinə pəl vurmasın. Necə ki, Brüssel platformasını yararsız hala salıb. Və arada bir erməni havasından çıxıb reallığa da baxsın. Məgər hələ də aydın deyil ki, regionun açar dövləti Azərbaycana qarşı düşmən mövqe tutmaqla nəinki Güney Qafqazda möhkəmlənmək mümkün deyil, bu yolla bölgədə olan-qalan dayaqları da itirmək olar? Axı məhz fransız diplomat və filosof Taleyranın sözüdür ki, deyib "düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil".

Leyla Abdullayeva ilə görüşdə Makron ona fəaliyyətində uğurlar arzulayıb və Fransanın Azərbaycana dost ölkə olduğunu, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağında olduğunu ərz edib. Belədirmi? İnanaqmı? Gerçəkdənmi rəsmi Paris özünü Azərbaycanın dostu hesab edir? Fransa "daşları ətəyindən tökür? Makron, fransız deputatlar peşmanmı olub? Fransa bizim dostumuzdursa, bəs Ermənistan onun nəyidir? Bizim nəyimizdir?

Belədirsə, onda məntiqlə bizə qarşı irili-xırdalı bütün siyasi hoqqalar və təxribatlar günü bu gün bitməlidir? Bitəcəkmi? Fransız spikerin İrəvan səfəri bu xüsusda müəyyən nikbinlik yaradır. Ancaq yalnız və yalnız ehtiyatlı nikbinlik. Bu, ermənidən çox erməni olmağa çalışan həmin Fransadırsa, artığını ümid bəsləməyə sadəcə, haqqımız yox! Hələ ki. "Başına gələn başmaqçı olar..."/Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1770   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kanadada United Airlines təyyarəsi təcili eniş etdi

Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum

12 oktyabr
.

Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto

Azərbaycan hərbçisi ilə insidentdə yaralanan Ani Avetisyan, eləcə də onun iki övladı zərərçəkmiş kimi tanınıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən (İK) məlumat verilib. Daha əvvəl xəbər verilmişdi ki, bir aydan sonra onun ayağında daha bir əməliyya

12 oktyabr
.

Səudiyyə Ərəbistanında husilərin hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib

Səudiyyə Ərəbistanında Yəmən husilərinin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib. xəbər verir ki, bu barədə "Reuters" "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb. Şirkətin məlumatına görə, oktyabrı

12 oktyabr
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11 oktyabr
.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11 oktyabr
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11 oktyabr
.

Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb

Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib

13 oktyabr
.

Trampın atəşkəs bəyanatından sonra Ukraynada enerji obyektlərinə hücumlar davam edir

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlamasından sonra Kiyev Moskvanın bu təşəbbüsə əməl etmədiyini bildirir. Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı

12 oktyabr
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11 oktyabr