İsrail qüvvələri 2 fələstinlinin evini dağıdıb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 2 fələstinlinin evini lisenziyasız olduqlarını iddia edərək söküb.
Sonxeber.az xəbər verir ki, İsrail ordusu buldozerlərin müşayiəti ilə İordan çayının qərb sahilindəki Yerixo şəhərinin Çiftlik qəsəbəsinə hücum edib.
İsrail qüvvələri Əhməd Əbu Fellah və Səud əl-Kəbininin lisenziyasız olduğu iddia edilən evlərini söküb.
Sökülən evlərin işğal altındakı İordan çayının qərb sahilinin İsrailin nəzarətində olan C zonasında olduğu bildirilib.
İsrail 1967-ci ildə işğal etdiyi Şərqi Qüds və İordan çayının qərb sahilində fələstinlilərə məxsus ev və tikililəri lisenziyasız olduqlarını əsas gətirərək sökür. Fələstinlilərin icazə almaq cəhdləri uğursuzluqla nəticələnir. .
1995-ci ildə Fələstin və İsrail arasında imzalanan "İkinci Oslo Razılaşması" çərçivəsində işğal altındakı İordan çayının qərb sahili A, B və C bölgələrinə bölünüb.
İordan çayının qərb sahilinin 18 faizini əhatə edən "A zonası"nın idarəsi inzibati və təhlükəsizlik baxımından Fələstinə keçib, "B bölgəsi"nin 21 faizlik inzibati idarəsi Fələstinə, onun təhlükəsizliyi 61 faizini əhatə etməklə İsrailə,"C zonası"nın idarəsi və təhlükəsizliyi İsrailin ixtiyarına verilib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 754 Tarix: 18 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrPakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr