Azərbaycan futbol tarixinin ən bahalı transferləri açıqlanıb
MDB ölkələrinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, cədvəldə Azərbaycan futbolçuları da yer alıblar.
Azərbaycan tarixində bir klubdan digərinə ən yüksək məbləğ qarşılığında keçən oyunçu Narvik Sirxayev göstərilib. Yığmanın sabiq üzvü 2001-ci ildə Rusiyada "Anji"ni Moskva "Lokomotiv"inə 1 milyon avroya dəyişib.
Azərbaycanın ən tanınmış simalarından sayılan Vəli Qasımov bu baxımdan ikinci pillədədir. 55 yaşlı mütəxəssis 1992-ci ildə Rusiyanın "Dinamo" (Moskva) klubundan İspaniya təmsilçisi "Betis"ə 600 000 avroya keçib.
Üçüncü yeri bölüşən futbolçular hazırda karyeralarını davam etdirirlər. "Qarabağ"ın formasını geyinən Bəhlul Mustafazadəni 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri klubu "Əl-Ayn" 500 000 avroya "Sabah"dan transfer edib. Lakin müdafiəçi adıçəkilən komandada debüt etməyə vaxt tapmamış Vətənə qayıdıb və "Qarabağ"la anlaşıb.
Futbolun sirlərini Almaniyada öyrənən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da 2019-cu ildə Portuqaliya "Eştoril"indən İngiltərə klubu "Vulverhempton"a eyni qiymətə keçib. Ancaq forvard heç bir rəsmi görüşdə iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.
Ölkə daxilində bir klubdan digərinə ən baha qiymətə transfer olunan futbolçu Elnur Allahverdiyev sayılır. Millinin sabiq müdafiəçisini "Qəbələ" 2013-cü ildə "Xəzər Lənkəran"dan 450 000 avroya heyətinə qatıb.
Yazıda vurğulanıb ki, Riçard Almeyda 2012-ci ildə Braziliya klubu "Santo Andre"dən "Qarabağ"a yüksək məbləğə keçsə də, sonradan milliləşdirildiyi üçün siyahıya salınmayıb.
Qeyd edək ki, MDB ölkələrinin ən bahalı futbolçusu ukraynalı Mixail Mudrikdir. 22 yaşlı yarımmüdafiəçi bu ay ölkəsinin Donetsk "Şaxtyor"undan İngiltərə klubu "Çelsi"yə 100 milyon avroya keçib. Bu məbləğin 30 milyon avrosu bonus kimi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1156 Tarix: 20 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr