Əlilliyi bərpa edəcəm deyib 94 min manat ələ keçirdi
Bakıda aralarında Qarabağ qaziləri və əlilləri olan ümumilikdə 18 nəfərə qarşı dələduzluq edilib.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, ittiham aktına əsasən, dələduzluqda təqsirli bilinən R. Eminli Qarabağ qaziləri və əlillərə, həmçinin təqaüdləri dayandırılan başqalarına əlilliklərini bərpa edəcəyini deyib. Bu yolla onları aldadaraq ümumilikdə 94 min 200 manat pullarını ələ keçirib.
Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Nəticədə R. Eminli saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
R. Eminli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
İş üzrə məhkəmə istintaqı davam edir. Məhkəmənin baxış iclası fevralın 1-də baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1689 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrBir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrYeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması
Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır
13 oktyabr