Azərbaycanda bələdiyyələr yeni icra strukturlarına uyğun olaraq formalaşdırılacaq
"Azərbaycanda bələdiyyələr yenidən formalaşmalıdır".
Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda regional strukturların yaradılması istiqamətində iş aparılır, işğaldan azad olunan ərazilərdə artıq bununla bağlı addımlar atılıb, həm Qarabağ, həm də Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin Xüsusi nümayəndələri fəaliyyət göstərirlər:
"Bu strukturların formalaşması ilə dövlət büdcəsinə kifayət qədər qənaət olunacaq, vətəndaşlar üçün yaradılan bürokratik əngəllər aradan qaldırılacaq. Eyni zamanda, insanların get-gələ salınmamasında, problemlərin qısa zamanda həllində, əlçatanlığın təmin olunmasında bu islahatların mühüm rolu olacaq. Məsələn, Gəncədə iki rayon icra hakimiyyəti ləğv olundu, artıq kifayət qədər sadələşmiş mexanizmlə böyük şəhər idarə olunur. Digər tərəfdən, artıq Azərbaycanda iqtisadi zonalar yaradılıb. Belə olan təqdirdə avtomatik olaraq bələdiyyələrin də sayı azalacaq".
Siyavuş Novruzov diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 1 606 bələdiyyə, 15 minə qədər bələdiyyə üzvü var:
"Bu qədər bələdiyyəyə ehtiyac yoxdur. Bizdə bələdiyyələrdə ən azı 5 üzv, ən çoxu 19 üzv var. Bu da həddindən artıq çoxdur. Təklifimiz var idi ki, hər kənddə 1 nəfər bələdiyyə üzvü, ən böyük kənddə 7 nəfər bələdiyyə üzvü seçilsin. Ancaq bələdiyyə institutu yeni yaradılan dövrdə bu format seçilmədi. Hətta ilk dövrdə Azərbaycanda 2 400 bələdiyyə var idi, sonra birləşmə nəticəsində 1 606 bələdiyyə qaldı. Gələcəkdə bilavasitə icra strukturlarının formasına uyğun şəkildə bələdiyyələr qurulacaq".
Komitə sədri bu istiqamətdə iş getdiyini söyləyib:
"Həmçinin bununla bağlı sessiyanın əvvəllərində Milli Məclisdə dinləmə də keçirməyi planlaşdırırıq. Bu mövzu çox aktualdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Qızıl bazarında son vəziyyət
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?