Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döydü
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirdin döyüldüyü iddia edilib.
Bu barədə 27 nömrəli tam orta məktəbdə təhsil alan R.E.-nin valideyni sosial şəbəkələrdə məlumat paylaşıb.
Valideyn iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən planlı şəkildə vəhşicəsinə döyülüb:
"Yanvarın 13-də oğlumla digər sinfin şagirdləri arasında münaqişə baş verib. Daha sonra məktəbin müəllimləri onları barışdırmağa çalışsa da, digər şagird oğlumu öldürməklə hədələyib. Məsələ barədə dəfələrlə məktəbə gedib narahatlığımı bildirdim. Mənə, "hər şey qaydasındadır", - deyib yola saldılar. Bir neçə gün əvvəl oğlumu hədələyən şagird qardaşı və yaxınları oğlumu vəhşicəsinə döyüblər".
BAKU.WS xəbər verir ki, oxu.az məsələ barədə Bakı şəhəri 27 nömrəli tam orta məktəblə əlaqə saxlayıb.
Təhsil ocağından bildirilib ki, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.
Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023-cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.
"Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır", - deyə qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Qızıl bazarında son vəziyyət
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?