Beş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTO

Beş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTOGöyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə 6 nəfər tutularaq istintaqa cəlb edilib, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Goranboy rayon sakinləri – əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımov saxlanılıb.

Onların üzərinə keçirilən baxış zamanı Natiq Şahmuradovdan 1 kiloqramdan artıq marixuana, 840 qram tiryək, yarım kiloqrama yaxın heroin, eləcə də 87 qram metamfetamin aşkar edilib. Araşdırma zamanı Natiq Şahmuradovun xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. Belə ki, o, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri respublikamızın şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri - Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr - marixuana, heroin, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. İstintaq zamanı saxlanılanlardan Elvin Quliyevin digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun yaxın qohumunun evindən 680 manat pul oğurladığı da məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Beş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTOBeş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTOBeş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTOBeş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTOBeş yüz manat qarşılığında Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1270   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz

12 oktyabr
.

Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin azaldılması və bərabər mühitin yaradılması baxımından əhəmiyyətlidir. Çünki geyim bəzən uşaqlar arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin nəzərə çarpmasına, hətta müəyyən hallarda ayrı-seçkiliyə səbəb ol

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

13 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənət ənənəsi müasir dövrdə necə qorunmalıdır?

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan zəngin bir xəzinədir. Bu xəzinənin ən seçilən nümunələrindən biri olan kəlağayı isə sadəcə qadın baş örtüyü deyil, milli kimliyin, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr