Küçədə arvadını qətlə yetirən şəxs: "Onun qonşu ilə yatdığını eşitmişdim"

Küçədə arvadını qətlə yetirən şəxs: "Onun qonşu ilə yatdığını eşitmişdim"Balakəndə 2001-ci il təvəllüdlü arvadı Emilya Əbdürrəhmanovanı küçədə bıçaqlayaraq qətlə yetirən 28 yaşlı Elton Layicovun cinayət işi üzrə istintaq ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, elan olunmuş ittihamla özünü təqsirli bilib.

Elton proses zamanı ifadə verməkdən imtina edib. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərib ki, 2017-ci ildə Emilya ilə ailə həyatı quraraq birlikdə Balakən rayonun Mahamalar kəndində yaşayıb, birgə nikahlarından Zərifə adlı bir qızları olub. Emilya ilə ailə həyatı quran zaman qızın 16 yaşı olmadığı üçün rəsmi nikahları olmayıb və Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şərti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Təxminən 21 iyul 2022-ci il tarixdə yaşadığı Mahamalar kəndindəki evinə qayıdan zaman Emilyanın həyətdə qonşuları Elvin adlı şəxslə səmimi söhbət etdiyini, hətta Elvinin "kişiliyi yoxdur" sözünü işlətdiyini eşidib. Emilya və Elvinin danışıqlarını küçədən eşitdiyinə görə həyətə daxil olaraq hər ikisinə səslənərək "nədir burada məhəbbət qurursunuz?" deyib. Bu zaman Elvin həyəti tərk edib. Əri Emilyadan bu səmimiyyətin səbəbini soruşub.

Eltonun sözlərinə görə, Emilya ona Elvinin guya onunla yox, həmin vaxt onların evində olan baldızı Röya ilə söhbət etdiyini deyib. Emilyanın bu yalanına inanmayaraq əlində olan atın kəndiri ilə qadını vurub. Bu zaman Emilya ağlamağa başlayıb. Elton həmin vaxt yanında olan atı bağlamaq üçün həyəti tərk edib. Həyətə qayıdanda orada olan qayınatası Məzahir ondan nə üçün dalaşdıqlarını soruşub. Qayınatasına gördüklərini söyləyib. Məzahir onu və Emilyanı dinləyib onlara mehriban olmağı məsləhət gördükdən sonra çıxıb gedib.

Həmin gün gecə Emilyanın anası Rahibə onlara gələrək onunla mübahisə edib, qızını nə üçün vurmasının səbəbini soruşub. Rahibəyə hər şeyi izah etməyə çalışsa da, qayınanası Emilyanı götürüb öz evinə aparıb. Həmin gün gecə Emilya Elton barəsində Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib. O, həmin vaxtdan etibarən evə gəlməyib. Bundan sonra Elton kənddə gəzən söz-söhbətdən onun çobanlıq etmək üçün çölə getdiyi zamanlarda günorta vaxtları Emilyanın Elvinin evinə gedərək orada yatdığını eşidib. Buna görə daha da əsəbiləşib, Emilyanın ona xəyanət etdiyini düşünüb və arvadını öldürmək qərarına gəlib.

Hadisə günü səhər saat 8 radələrində evdən çıxıb Balakən şəhərinə gedib. Onun üzərində gəzdirdiyi qatlanan ov bıçağı da olub. "Bayraq dairəsi" adlanan əraziyə gəlməmişdən qabaq toyuq bazarının içərisində kafelərin birində bir bakal pivə içib, Emilyanın ailəsinin hər alış-verişini bazardan etdiklərini bildiyi üçün qadını Balakən şəhərində bazara gedən yolda, "Bayraq dairəsi" adlanan ərazidə gözləməyə başlayıb. Saat 12:30 radələrində Emilyanın "Bayraq dairəisi" adlanan əraziyə tərəf parkın baş tərəfindən gəldiyini görüb ona yaxınlaşıb. Onlar səkidə söhbət ediblər. Elton Emilyaya Elvinlə olan münasibətləri, hər gün Elvinin evinə gedərək orada yatması barədə eşitdiklərini bildirərək nə üçün ona xəyanət etməsinin səbəbini soruşub.

Elton dindirilərkən qeyd edib ki, Emilya həmin vaxt ona cavabında "yaxşı edirəm" deyib. Bir daha Emilyadan niyə belə etdiyini soruşub, Elvinin ondan artıq oğlan olmadığını bildirib. Emilya yenə də ona yaxşı etdiyini dedikdən sonra ov bıçağını çıxararaq qadının boynunun sağ tərəf aşağı hissəsindən vurub. Bıçağı çıxaran zaman bıçaq Emilyanın sifətinin sağ tərəfini və sağ çənə altı hissəsini də kəsib. Bu zaman ətrafdakı tanımadığı insanlar onu tutaraq Emilyadan aralayıb. Qadın isə yerə yıxılıb.

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt bıçaq da hadisə yerinə düşüb, hadisə yerindən üzü Balakən Rayon İcra Hakimiyyətinə doğru hərəkət etməyə başlayıb.

Məhkəmənin hökmü ilə Elton Layicov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2630   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz

12 oktyabr
.

Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin azaldılması və bərabər mühitin yaradılması baxımından əhəmiyyətlidir. Çünki geyim bəzən uşaqlar arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin nəzərə çarpmasına, hətta müəyyən hallarda ayrı-seçkiliyə səbəb ol

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

13 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənət ənənəsi müasir dövrdə necə qorunmalıdır?

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan zəngin bir xəzinədir. Bu xəzinənin ən seçilən nümunələrindən biri olan kəlağayı isə sadəcə qadın baş örtüyü deyil, milli kimliyin, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr