Həkim: "Buster doza yetərli deyil, yenə peyvəndə ehtiyac var"
Həkim: "Buster doza yetərli deyil, yenə peyvəndə ehtiyac var"
"İnfluenza" el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Son 2 ayda Azərbaycanda bu qrip geniş yayılıb.
TƏBİB-in də yaydığı məlumatda bildirilir ki, 2022-2023-cü il qış mövsümündə RSV və COVID-19 virusu ilə yanaşı qripə yoluxmanın da artması nəzərə çarpıb.
Bəs qripin belə kütləvi yayılmasının səbəbi nədir?
Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı, bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub.
Pandemiyada sərt karantin tədbirləri aradan qaldırıldıqdan sonra isə insanlar "koronavirus davranışlarına" getdikcə daha az diqqət etməyə başlayıblar və bu da mövsümi respirator xəstəliklərin yayılmasını artırıb.
Bəs, bu qripi COVID-19-la eyniləşdirmək olarmı?
Tanınmış həkim Valeh Əsədov deyir ki, indi yayılan qripi koronavirusla müqayisə etmək olmaz:
"İldə bir dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü bir mövsüm qripdən qoruya bilirik, amma koronavirusda yeni variantların və ştammların əmələ gəlməsi davam etdiyi üçün bizim koronavirusdan aldığımız buster dozalar hələ ki, yetərli deyil. Hələ ki, biz bunu dörd-altı aydan bir təkrar etməliyik, amma qripdə bu vəziyyət stabildir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1105 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrBir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrYeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması
Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır
13 oktyabr