Ukrayna savaşını uzadan 4 səbəb - Ekspert
Təəssüf ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması riski hələ də çox yüksəkdir. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin NATO müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransındakı sözləri də təsdiq edir.
Bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı QAFSAM sədri Araz Aslanlı qeyd edib.
Alim bildirib ki, müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil:
"Tərəflərdən birinin (xüsusilə Rusiyanın) daxilində baş verə biləcək hansısa bir proses, yaxud Rusiyanın və Ukraynanı dəstəkləyən qüvvələrin (xüsusilə ABŞ-ın) xarici siyasətdə üzləşəcəyi daha ciddi problemlər danışıqlar masası variantını gücləndirə və müharibənin şiddətini azalda bilər".
Araz Aslanlı hazırkı şərtlərdə aşağıdakı səbəblərə görə müharibənin uzanması ehtimalının daha çox olduğunu vurğulayıb:
"Birincisi, Rusiya işğal etdiyi Ukrayna ərazilərini uzunmüddətli strateji qazanc kimi görür; ikincisi, Ukrayna təbii olaraq işğaldakı torpaqlarını azad etmək istəyir; üçüncüsü, tərəflər hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi görürlər; dördüncüsü isə ABŞ müharibəni Rusiyanın enerjisini tükəndirən və Avropanı təzyiq altında saxlayaraq özünə ona yaxınlaşdıran amil hesab edir.
Ukrayna və Rusiya tarixən müharibələrin dayanması üçün vacib olan "tükənmişlik" və "bezmişlik" mərhələsinə hələ çatmayıblar"./Axar
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1486 Tarix: 22 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...
"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə
14 aprel 2024İsrailə 12 mindən çox raket atılıb
Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v
7 aprel 2024SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək
14 aprel 2024Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi
Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu
31 mart 2024İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə
1 iyun 2024Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib
Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini
17 mart 2024