Nazirlik "Toppuş bacı"nın ölümü ilə bağlı nekroloq yaydı

Nazirlik "Toppuş bacı"nın ölümü ilə bağlı nekroloq yaydıƏməkdar artist Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib.

Bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əməkdar artist Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloqunda yer alıb.

"Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.

Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb.

Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin", - nekroloqda qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2120   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cabir İmanovun özünə bənzəyən oğlu... - Foto

Mərhum Əməkdar artist Cabir İmanovun oğlu Cahangirin fotosu sosial şəbəkələrdə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, görüntünü Əməkdar artist Dilara Əliyeva instaqram hesabında paylaşıb. "Əzizimiz Cabir İmanovun özünə bənzəyən yaraşıqlı oğlu Cahangir. Allah qorusun", o bildirib

16 may
.

Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"

Xalq artisti Könül Xasıyeva efirdə etdiyi açıqlama ilə diqqət çəkib. xəbər verir ki, xanəndə adından istifadə edərək pul qazanan şəxslərdən danışıb və illər əvvəl yaşadığı problemləri dilə gətirib. Xasıyeva bildirib ki, əvvəllər telefon zənglərinə özü cavab vermədiyi üçün bəzi insanlar bundan sui-istifad

20 may
.

Azərbaycanlı aparıcının əri ilə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

MTV Azərbaycanın aparıcısı Gülnar Şəhliyarli həyat yoldaşı ilə birlikdə görüntülənib. xəbər verir ki, cütlüyün səmimi anları kanalın yaranmasının 14 illiyi münasibətilə təşkil olunan tədbirdə lentə alınıb. Gecədən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə tele-aparıcı və həya

18 may
.

Keçmiş sevgilisi Ferhat Göçerdən 30 pişiyinə görə ayrılıb

Türkiyəli model və aparıcı Ömür Gedik keçmiş sevgilisi Ferhat Göçer ilə ayrılıq səbəbindən danışıb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Ömür Gedik açıqlamasında bildirib ki, münasibətlərinin bitməsinə səbəb pişiklərlə bağlı yaranan fikir ayrılığı olub. Onun sözlərinə görə, evdə yaşlı və çöl

21 may
.

Alla Puqaçovanın nəvəsinin sata bilmədiyi malikanənin real qiyməti açıqlandı

Alla Puqaçovanın nəvəsi Nikita Presnyakova hədiyyə etdiyi dördmərtəbəli malikanənin faktiki dəyərinin təxminən 90-120 milyon rubl (təxminən 1.7 - 2.2 mln. manat) təşkil etdiyi bildirilir. xəbər verir ki, bu barədə rieltor Yuliya Yusova "Abzats" nəşrinə açıqlamasında deyib. Mülk İstra su anbarını

17 may
.

Acun Ilıcalı: "Çarəsiz qaldıq"

Survivor All Star yarışmasında baş verən uğursuz hadisə iştirakçı Barış Murat Yağcının yarışma arzularını yarımçıq qoyub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, yarış zamanı parkurda yıxılan Barış Murat Yağcının barmağında ciddi sınıq yaranıb. Həkim müayinəsindən sonra onun uzun müddətl

15 may
.

Saxlanılan Blok3 sərbəst buraxıldı: "Dövlətimizdən Allah razı olsun" - VİDEO

Türkiyədə uyuşdurucu maddələrə qarşı aparılan istintaq çərçivəsində saxlanılan və "Blok3" ləqəbi ilə tanınan reper Hakan Aydın məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ifadəsi alınan və müxtəlif test prosedurlarından keçirilən məşhu

22 may
.

77 yaşlı Xalq artisti oğluna toy edir

Xalq artisti İlham Namiq Kamalın oğlunun toyu olacaq. Axşam.az-ın məlumatına görə, bu barədə Əməkdar artist Əkbər Əlizadə "Qonaqcanlı" verilişində deyib. Aktyor bildirib ki, 77 yaşlı sənətçinin övladının toyu iyunun 1-də olacaq. Qeyd edək ki, İlham Namiq Kamalın iki qız və iki oğul övladı va

24 may
.

"Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır"

Müğənni Nadir Qafarzadə sosial şəbəkə istifadəçiləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, ifaçı instaqram hesabında paylaşdığı videoda bəzi insanların sosial mediada etik normaları aşdığını bildirib. Hazırda Moskvada olduğunu deyən sənətçi burada insanların davranışlarını

21 may