Məktəblərdə müəllim-şagird münasibətlərini necə tənzimləməliyik?
19.01.2023-cü il tarixində Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsinin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi məktəblərimizdə müəllim şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi.
Bəs məktəblərdə müəllim-şagird münasibətlərini necə tənzimləməliyik?
Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlama verib.
"Əlbəttə, bu yazıda yalnız müəlliməni günahkar çıxarmaq fikrim yoxdur. Ola bilsin, şagirdlər müəlliməni əsəbləşdiriblər. Ancaq heç bir halda müəllim, öz adına yaraşmayan davranışa yol verməməli idi. Çünki müəllim, öyrədən və tərbiyə verəndir. Öyrətmək və tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir.
Sonra rəsmi açıqlamaları diqqətlə oxudum. Həmişəki qaydada müəllim, şagird və valideynlərlə danışıq aparıldığı qeyd olunur. Bu yetərlidirmi? Hesab edirəm, yox. Nə etməliyik? Bu barədə yazının sonunda fikirlərimi bildirəcəm.
Sonra maraq üçün Azərbaycan məktəblərində müəllim-şagird qarşıdurmaları ilə bağlı axtarış aparmaq qərarına gəldim. Qarşıma çoxlu sayda belə, hamımıza məlum olan bir çox faktlar çıxdı. Hesab edirəm məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb.
Nə etməliyik? məsələsinə gəldikdə hesab edirəm, məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirməliyik. Söhbət həm profilaktik söhbətlərdən, həm də maarifləndirmə tədbirlərindən gedir.
Eyni zamanda məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır. Təcrübəsi yetərli olmayan, direktor olmağa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir. Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq.
Sonda fürsətdən istifadə edib üzümü bütün müəllimlərə tutaraq, onları şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmağa çağırıram. Unutmayın ki, müasir dövrün şagirdləri ilə daha çox dostluq etmək lazımdır. Onlara zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə belə insidentlərin sayı daha çox olacaq. Bu bir reallıqdır ki, Z və Alfa nəsli fərqli nəsillərdir. Qarşıdan isə hələ Beta nəsli gəlir.
Onu da unutmayın ki, belə hallar müqəddəs olan müəllim adına da xələl gətirir, onu nüfuzdan salır. Bu adın saflığını və paklığını qorumaq hər birimizin müqəddəs borcudur".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1264 Tarix: 24 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrPakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabr