"Qarabağın erməni icması ilə görüşlər başlamalıdır"- Fərhad Mehdiyev

"Qarabağın erməni icması ilə görüşlər başlamalıdır"- Fərhad Mehdiyevİstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi
"Qarabağın erməni icması ilə görüşlər başlamalıdır. Balasanyanın Azərbaycanla dialoqu var idi. Ruben Vardanyanın gəlməsi bu məsələni nəticəsiz qoydu. Başqa biri ilə dialoq lazımdır".

Bu sözləri politoloq Fərhad Mehdiyev Sonxeber.az- a bildirib.

O həmçinin qeyd edib ki, Şuşa-Xankəndi yolundakı aksiyanın həcmi genişləndirilməli və ermənilərin satın ala biləcəyi məhsullar satışa qoyulmalı, onlara səyyar xəstəxanalar qurmaq lazımdır:
"Onu deyə bilərəm ki, Azərbaycan geri addım atmayacaq.Aksiyanın həcmi genişləndirilməlidir. Sadəcə eko-aktivistlər yox, mədəniyyət və tarixin qorunması ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da aksiyaya qoşulmalıdır. Onlara Xocalıdan olan qaçqınlar qoşula bilər. Onlar tələb edə bilər ki, yaxınlarının məzarını rus sülhməramlılarının müşayiəti ilə görə bilsinlər. Digər tərəfdən bununla bərabər Qarabağın erməni icması ilə görüşlər başlamalıdır. Balasanyanın Azərbaycanla dialoqu var idi. Ruben Vardanyanın gəlməsi bu məsələni nəticəsiz qoydu. Başqa biri ilə dialoq lazımdır. Eyni zamanda Qarabağla Azərbaycanın digər inzibati əraziləri arasında yeni marşrutlar yaradılmalıdır. Sülhməramlıların yerləşdiyi xətdə ermənilərin satın ala biləcəyi məhsullar satışa qoymaq lazımdır. Hansı valyuta ilə alacaqları başqa məsələdir. Səyyar xəstəxanalar qurmaq lazımdır, amma orada işləyən şəxslər azərbaycanlı olmamalıdılar. Beynəlxalq qurumlarla razılaşıb orada işləyən həkimləri çex və polyak kollektivindən qoymaq mümkündür. Bu, iki icma arasında dialoq gətirib çıxaracaq. Dialoqun qurulması üçün addım atmalıyıq".
Politoloq bildirib ki Vardanyanın Putini dəstəkləməsini beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir:
"Ermənilər beynəlxalq arenada belə fikir formalaşdırırlar ki, onlar blokadadırlar və humanitar fəlakətlə üz-üzədilər. Onunla bağlı ciddi addımlar atılmalıdır. Vardanyan Zelenskinin siyahıya aldığı adamdır. Çünki Vardanyan Putinə dəstək verirdi. Vardanyanın bu üzünü də beynəlxalq arenada çatdırmaq lazımdır".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Qarabağın erməni icması ilə görüşlər başlamalıdır"- Fərhad MehdiyevŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1709   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr