"Səfirliyimizə edilən hücum İranın ölkəmizə qarşı apardığı ikiüzlü siyasətin davamıdır"- DEPUTAT

"Səfirliyimizə edilən hücum İranın ölkəmizə qarşı apardığı ikiüzlü siyasətin davamıdır"- DEPUTATXəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, İrandakı səfirliyimizin edilən silahlı hücumu pisləyir və bu addımı atanların ən ağır şəkildə cəzalandırılmasını tələb edirəm:

"Bu xain hücum səbrimizi daşıyan son damla oldu.Terror aktını törədənlə yanaşı, bu hücumu sifariş edənlər də tapılıb, layiq olduğu şəkildə cəzalandırılmalıdır. Səfirliyimizə edilən hücumla bağlı bütün məsuliyyət İran dövlətinin üzərinə düşür. Çünki diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir və hazırda baş verənlər onu göstərir ki, İran bu məsələdə laqeyd münasibət sərgiləyib. Vyana Konvensiyasına görə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyət birbaşa yerləşdiyi ölkənin üzərinə düşür. Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan silahlı hücumla Vyana Konvensiyasının maddələri kobud şəkildə pozulub və bu qəbuledilməzdir. Bu gün baş verənlər beynəlxalq hüquqa ziddir. Əsas sual budur ki, bu niyə indi baş verib, hadisənin arxasında kimlər dayanır, hansı məqsəd güdülüb?"

Deputat vurğulayıb ki, Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və dostluq əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma İran hər zaman Azərbaycana qarşı xəyanətkar olub. Birinci Qarabağ döyüşçülərində və Vətən müharibəsi zamanı İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. Bu gün səfirliyimizin edilən hücum da bu ikiüzlü siyasətin davamıdır. Bilirsiniz ki, bundan öncə də başqa ölkələrdə də səfirliklərimizdə hücum olmuşdu. Amma heç bir itkimiz yox idi. Amma bu gün İrandakı səfrliyimizə edilən hücum nəticəsində bir nəfər həlak olub , iki nəfər də yaralanıb. Görünür, bu silahlı hücum əvvəlcədən planlaşdırılıb.

Səfirliyimizə qarşı bu gün təşkil olunan xain hücumu planlaşdıranlar mütləq şəkildə cəzalandırılmalıdır. Məhz bundan sonra Azərbaycan-İran münasibətləri yenidən müzakirə edilə bilər. Son dövrdə yaşananlardan sonra bu gün baş verənlər Azərbaycan-İran münasibətlərini yenidən gərginləşməsinə səbəb olacaq. Ümid edirəm ki, İran hökuməti vəziyyətin ciddiliyini anlayar və cinayətkarlara layiqli cəzasını verəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1847   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixi yaddaşını, mənəvi dünyasını və əsrlər boyu formalaşmış həyat tərzini özündə əks etdirən zəngin sərvətdir. Bu irsin ən səciyyəvi nümunələrindən biri olan kəlağayı isə sadəcə ənənəvi qadın baş örtüyü deyil, Azərbaycan xalqının sənətkarlıq bacarığının, esteti

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

13 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11 oktyabr
.

Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi

Təhsil hər bir dövlətin milli təhlükəsizliyinin, gələcəyinin və cəmiyyətin mənəvi bütövlüyünün əsas dayaqlarından biridir. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm məkandır. Bu baxımda

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil, milli təhlükəsizlik və İranın mümkün təsir strategiyası

Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi yalnız təhsil sisteminin daxili qaydaları ilə məhdudlaşmır. Bu təşəbbüs sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və uşaqların gələcək dünyagörüşü baxımından da əhəmiyyət daşıyır. Mövzu ətrafında aparılan ictimai müzakirələr is

13 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr