"Səfirliyimizə edilən hücuma görə məsuliyyət İran hökumətinin üzərinə düşür"- Cavanşir Paşazadə
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı İranın Azərbaycana növbəti xəyanətidir:
"Səfirliyimizə edilən hücuma görə məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Bilirsiniz ki, diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir. Bu gün baş verənlər Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Əslində bu hadisə bizi təəccübləndirmədi. Azərbaycan İrana qarşı dost münasibəti göstərsə də, qonşu ölkədən hər zaman xəyanət görüb. Bu gün səfirliyimizə edilən hücum da İranın Azərbaycana qarşı növbəti xəyanətidir. Bilirsiniz ki, İran Azərbaycan torpaqları işğal altında olduğu 30 il müddətində Ermənistana bütün vasitələrlə dəstək verirdi, hətta Qarabağdakı terrorçu-separatçılarla əməkdaşlıq da edirdi. Artıq 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə molla rejimi bu xain siyasətini gizlətmir, Ermənistanı himayə edir. Əlbəttə ki, səfirliyimizə edilən hücumun arxasında ermənilərin olması da istisna deyil. Ümid edirəm ki, İran hökuməti pisləşməkdə olan münasibətlərin daha da gərginləşməsinə səbəb olmaz və cinayətkarlara layiqli cəzasını verər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sabahın havası: Yağış, şimşək, duman...
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı