"İranın bu hücumu əvvəlcədən düşünülmüş bir cinayətdir" - Vüqar İsgəndərov
"Bu gün Azərbaycanın İrandakı Səfirliyinə edilən xain hücumu İranın Azərbaycanın Vətən Müharibəsindən sonrakı qələbəsinin kininin,nifrətinin təcəssümü kimi qiymətləndirilməlidir. Azərbaycanın tarixi qələbəsinin həzm edə bilməyən, Ermənistan qədər narahatlıq keçirən İranın bu hücumu əvvəlcədən düşünülmüş bir cinayətdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, burada beynəlxalq hüquq pozulub.
"Çünki Azərbaycan Səfirliyinin mühafizə olunması İran dövlətinin borcu və məsuliyyətidir. Terrorçunun İran vətəndaşı olan polisə toxunmadan içəri daxil olaraq azərbaycanlı diplomatlarını öldürməyə cəhd etməsi bir daha bu hücumun kankret sifariş olduğunu göstərdi. Biz dünya ictimaiyyətindən də bu terror aktının pislənməsini gözləyirik. Bütün dünya belə məsələlərdə ayağa qalxmalı və diplomatlara olan hücumu pisləməlidir. İran dövləti təcili olaraq əməliyyat keçirərək bu terroru sifariş edən şəxsləri tapmalı, məsuliyyətə cəlb eləməli və bununla bağlı rəsmi Bakıya məlumat verilməsini təmin etməlidir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sabahın havası: Yağış, şimşək, duman...
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı