Azərbaycanın İrandakı SƏFİRLƏRİ

Azərbaycanın İrandakı SƏFİRLƏRİAzərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumu qonşu ölkədəki diplomatik missiyamıza diqqəti artırıb.

Modern.az-ın məlumatına görə, müstəqil Azərbaycanın İranla diplomatik münasibətləri hələ 1918-ci ildən qurulmağa başlayıb. Belə ki, o dövrə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci ilin sentyabrında özünün İrana ilk diplomatını - işlər vəkilini təyin etməyi qərara alır.
Lakin İran tərəfi ilk vaxtlar AXC ilə diplomatik əlaqələr qurmaqdan imtina edir. O zaman İran Azərbaycan adlı müstəqil dövləti tanımaq istəmirdi.

Nəhayət 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti Tehrana fövqəladə missiya göndərməyə nail oldu. İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi bu missiya İrandakı şah hökuməti ilə Azərbaycan arasında diplomatik nümayəndəliklər açmaq təklifini müzakirə etdi.

1919-cu ilin iyulun 16-da AXC hökuməti İranda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul etdi.

Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən, Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edildi və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı ilk diplomatik nümayəndəsi təyin edildi.

1920-ci il, fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920-ci ilin aprelin 1-də isə Azərbaycan dövlətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində isə konsul agentlikləri təsis edildi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal edilməsi Şərqin bu müstəqil dövlətinin süqutu ilə nəticələndi. Cümhuriyyətin xarici dövlətlərdə, o cümlədən İranda açdığı səfirlik və nümayəndəliklər fəaliyyətlərini dayandırdı.

Nəhayət 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yenidən xarici ölkələrdə, eləcə də İranda diplomatik nümayəndəlik təsis etdi.

1992-ci ildə Azərbaycan Respublikasının İranda ilk səfiri təyin edildi. Bu, tarix elmləri doktoru Nəsib Nəsibli idi.
N.Nəsibli 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri vəsifəsində çalışdı.

1994-cü ildə Tehrandakı diplomatik nümayəndəliyə rəhbərlik professor Əliyar Səfərliyə tapşırıldı. Mərhum Əliyar Səfərli (2017-də vəfat edib-red.) 1994–1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdı.

Daha sonra Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri postu Abbasəli Həsənova həvalə olundu. O, həmin vəzifədə 11 ildən çox müddətdə işlədi. A.Həsənovun səfir fəaliyyəti 1998-2009-cu illəri əhatə edir.

2009-cu ildə Azərbaycan Respublikası İrana yeni səfir təyin etdi. Bu vəzifəyə Cavanşir Axundov təyinat aldı. Yeni səfir 7 il İranda çalışdı. 2016-cı ildə ölkə başçısının sərəncamı ilə Cavanşir Axundov Tehrandan geri çağırıldı.

Həmin ilin aprelində Bünyad Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrinə təyinat aldı. O bu vəzifədə 7 avqust 2021-ci il tarixinə kimi işlədi.

2021-ci ildə Azərbaycan Respublikasnın İrandakı səfir dəyişdi. Prezidentin sərəncamı ilə 1978-ci il təvəllüdlü Əli Əlizadə Azərbaycanın İrandakı yeni səfiri təyin olundu.
Bu təyinatadək Ə.Əlizadə Azərbaycan Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu, Pakistanda isə fövqəladə və səlahiyyətli səfiri vəzifələrində işləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2715   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr