"Bu gün törədilən terror aktı İranın Azərbaycana növbəti təxribatıdır" - DEPUTAT
"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktına görə məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat qeyd edib ki, səfirliyimizə edilən silahlı hücum 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Vyana Konvensiyasına görə diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Bu, bütün dünyada qəbul olunub və Konvensiyanın tələbidir. Bu gün törədilən terror aktına görə məsuliyyət birbaşa İran dövlətinin üzərinə düşür. Bu xain hücuma görə İran Azərbaycandan üzr istəməli və cinayətkarlar ən ağır şəkildə cəzalandırılmalıdır".
Deputat vurğulayıb ki, səfirliyimizin edilən hücum Azərbaycan-İran münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq:
"İran dost ölkə kimi özünü göstərsə də, hər zaman bizə ikiüzlü siyasət yürdüb. Azərbaycan qonşu ölkələrlə dostluq münasibətləri qurmağa çalışsa da hər zaman xəyanətlə üzləşib. Bugünkü terror aktı da İranın Azərbaycana növbəti təxribatı və xəyanətidir. Bilirsiniz ki, Birinci Qarabağ döyüşçülərində və 44 günlük Vətən müharibəsində İran Ermənistanı dəstəkləyib. İran hökuməti əvvəl bunu gizli edirdisə, Vətən müharibəsindən sonra molla rejimi açıq-aşkar işğalçını dəstəkləyən addımlar atmaqdadır.
Bu gün İran polisi törədilən terror aktını gizlətməyə və məşiət zəminində baş verən adi cinayət kimi qələmə verməyə çalışır. Bu da İranın növbəti cılızlığı və yalandır. Səfirliyimizə edilən hücum birbaşa Azərbaycana qarşı törədilmiş növbəti terror aktıdır. Törədənlər və sifarişçilərin hər biri ən ağır şəkildə cəzalandırılmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sabahın havası: Yağış, şimşək, duman...
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı