"Bu silahlı hücumdan İran kəşfiyyatının da xəbərsiz olması şübhəli məqamdır"- DEPUTAT
"İran hökuməti ölkəsi daxilində yerləşən diplomatik binaların təhlükəsizliyinə cavabdehdir".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, bu gün çox məyusedici xəbər aldıq:
"Təəssüf hissi ilə qeyd edirəm ki, İrandakı səfirliyimizə hücum olunub, güclü hesab edilən Tehran polisi isə buna maneə ola bilməyib. Çox qəribədir ki, Ermənistanın havadarlarından olan Fransa və İranda oxşar hadisələr baş verir. İran hökuməti ölkəsi daxilində yerləşən diplomatik binaların təhlükəsizliyinə cavabdehdir. Bu silahlı hücumdan İran kəşfiyyatının da xəbərsiz olması şübhəli məqamdır".
Deputat vurğulayıb ki, son zamanlar baş verən siyasi maraqların toqquşması və sair burada qonşu ölkənin məsulliyətsiz davranışından xəbər verir:
"İran dövləti daxilində ölkəmizə qarşı baş vermiş bu terrora birbaşa məsulliyyət daşıyır. O səbəbdən tezliklə münasibətlərə xələl gəlmədən terror aktının arxasında dayanan güclərin ifşa olunması üçün əlindən gələni etməlidir. Çünki Azərbaycan dövləti öz ölkəsindəki İran diplomatik nümayəndəliyinin tam təhlükəsizliyini təmin edir, bu addım qarşılıqlı olmalı, hətta bir çox dövlətlər nümunə götürməlidir. Mən bu hadisənin arxasında son zamanlar İranda gedən anti Azərbaycan təbliğatının dayandığını ehtimal edirəm. Artıq Azərbaycan yaxşı görür ki, onun qələbəsi kimləri narahat edir.
Biz qonşullarımızla regionda sülh, dinc şəkildə yaşamaq üçün səylə çalışırıq. Lakin hər vəchlə sülhə mane olanlar bu gün regionda dincliyi, firavanlığı şübhə altına salırlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sabahın havası: Yağış, şimşək, duman...
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı